sonnoqte.az
Xəbər başlıqları
  • 13:05 – Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR 
  • 09:00 – İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO 
  • 11:54 – Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər 
  • 09:35 – Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO 

“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general

30-04-2024, 16:00 13 dəfə baxılıb



Ermənistanda Azərbaycana qarşı aksiyaya qoşulan hərbçilərə cinayət işi açılıb

Ermənistanda Azərbaycana məxsus kəndlərin geri qaytarılması revanşist əhval-ruhiyyədə olanların narazlığı ilə qarşılanıb. Bir neçə gündür ki, ölkənin ayrı-ayrı yerlərində azsaylı etiraz aksiyaları keçirilir. Müxalifət bu aksiyalara daha çox adamın çıxmasına çalışsa da, hələ ki buna nail ola bilmir.

Revanşistlərin fitvasına uyanlar arasında az sayda hərbçi də var. Aprelin 26-da 20-yə yaxın müqaviləli hərbçi Tavuşdakı aksiyalara qoşularaq, Qazaxın Bağanis Ayrım, Qızılhacılı, Aşağı Əskipara və Xeyrimli kəndlərinin Azərbaycan tərəfinə təhvil verilməsinəqarşı çıxıb.

Modern.az xəbər verir ki, Paşinyan hökuməti hərbçilərin proseslərə bu şəkildə müdaxilə etməsinin təhlükəsini dərhal hiss edərək, adekvat tədbirlər görüb.

Belə ki, Müdafiə Nazirliyi silahlı qüvvələrini siyasi proseslərə cəlb etmək cəhdinə hüquqi qiymət veriləcəyəyini bəyan edəndən sonra Ermənistan İstintaq Komitəsi hərəkətə keçib.

İstintaq Komitəsi bir qrup hərbçininxidmətin müəyyən vəzifələrini yerinə yetirməkdən imtina etməsinə görə cinayət işinin başlandığını bildirib.

Ardınca qanunsuz aksiyalara qoşulan hərbçilərin peşman olduqlarını əks etdirən səsli videolar yayılıb.

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, general Movses Akopyan da hərbçilərin prosesə qarışmasını pisləyib. “Hraparak”a müsahibəsində Akopyan deyib ki, qanunsuz aksiyalara qoşulan həbçilər cinayət törədiblər: “Onların hərbi geyimdə olması cinayətdir”.

Movses Akopyan təəssüflə qeyd edib ki, Azərbaycan tərəfi 10 noyabr 2020-ci kl tarixli üçtərəfli Bəyanatın bəndlərini bir-bir həyata keçirir:

“Mən dəfələrlə qeyd etmişəm. 9 noyabr (10 noyabr-red.) sənədinin bəndləri var, Azərbaycan həmin bəndləri ardıcıllıqla həyata keçirir”.

Bununla yanaşı, general Movses Akopyan da Paşinyan hakimiyyətindən narazılığı ifadə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO