sonnoqte.az
Xəbər başlıqları
  • 11:14 – Prezident: "Müharibənin başa çatmasından bu günədək 361 vətəndaşımız mina qurbanı olub" 
  • 07:59 – İlham Əliyevlə birinci xanım Xocalıya köçən sakinlərlə görüşdü - YENİLƏNİB 
  • 12:27 – Prezident və xanımı Xocalı şəhərində 
  • 13:09 – İlham Əliyevlə xanımı “Crescent Mall”un açılışına qatıldı 

Könülün qətlindən sonra nənəsi də öldü

18-05-2024, 09:40 43 dəfə baxılıb

Könülün qətlindən sonra nənəsi də öldü


Martın 2-si itkin düşən və mayın 14-ü Lənkəranda meyiti tapılan Cəlilabad rayon Muğan kənd sakini 22 yaşlı Könül Ağayevanın nənəsi də vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, amansızlıqla qətlə yetirilmiş qızın nənəsi Gülxara Ağayeva yaşadığı kənddə dünyasını dəyişib.

Məlumata görə, K. Ağayeva nənəsinin himayəsində böyüyübmüş və onunla birgə yaşayırmış. Onun ölümündən əvvəl telefonla danışdığı sonuncu şəxsin də nənəsi olduğu deyilir.

Cəlilabadda qadın mollası kimi tanınan G. Ağayevanın nəvəsinin ölümündən sonra ağır sarsıntı keçirdiyi bildirilir.

Qeyd edək ki, bir neçə gün əvvəl gənc qızın meyiti Lənkəranda Hacı Zeynalabdin Tağıyev küçəsi, 1 ünvanındakı evin zirzəmisində basdırılmış halda aşkarlanıb. Onun qətlində şübhəli bilinən Lənkəran rayon sakini Elvin İsmayılzadə artıq polis tərəfindən saxlanılıb.

K.Ağayeva 4-cü kurs tələbəsi olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO