sonnoqte.az
Xəbər başlıqları
  • 11:54 – Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər 
  • 21:33 – Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR 
  • 21:25 – Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ 
  • 14:30 – Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub 

Masallının İsti su möcüzələri

10-08-2022, 10:03 197 dəfə baxılıb

Masallının İsti su möcüzələri


... Yayın nəfəstəngidən günlərində istirahətini daha səmərəli keçirmək, dincəlmək, gələcək sağlamlığına stimul yaratmaq, müalicə olunmaq hər kəsin ömür-gününə qayğısıdır. Dünyanın məşhur turizm mərkəzləri ilə bir vaxtda ölkəmizin də zəngin və möcüzəli təbiətinə vurğun olanlar əsrarəngiz gözəllikləri, qonaqpərvərliyi, sağlamlığına dəstək verdiyi yerləri heç vaxt unutmur. Nöbəti ildə də bu yadda qalan olayları görmək arzusu ilə günü-günə, ayı-aya qatır, bu anı səbirsizliklə gözləyir.
Axı ecazkar təbiəti, termal suları, zümrüd meşələri, qaynar gözlü bulaqlar, dağların köksündən süzülən şəlalələri necə unutmaq olar?

Çayın yatağındakı nəhəng sal daşlı qayalardan fəvvarə vurub qaynar-qaynar Viləşə qovuşan İsti su Ulu Tanrının qüdrətindən gözəllik, möcüzəlik alıb. Sanatoriyadakı bu ilki qələbəlik ötən illərdəkindən fərqlənir. Bunu meydançadakı ayrı-ayrı şəhər və rayonlardan gələn maşınların çoxluğundan da görmək olur. Yaxınlıqdakı istirahət mərkəzlərindən İsti suyun qarşısındakı meydançasına kimi insan axını var. Viləşin sahilində günəş vannası qəbul edənlər, at üstündə, təbiətin gözəlliyinə sığınıb, bulaq başında Şəlalə suyunun yığıldığı hövuzda, Mədə bulağında şəkil çəkdirənlərin çoxluğu bu qələbəliyi tamamlayır.

Sahibkar ölkə rəhbərinin bu sahəyə qayğı və diqqətindən danışıb deyir ki, respublikada turizmin inkişafı əsas məsələ kimi diqqət çəkir. Bir sahibkar kimi cənab Prezidentə minnətdarlığım hədsizdir. Daim xalqın, millətin sağlamlığı, rifahı üçün çalışır.

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Masallı “Fatimeyi-Zəhra” İsti Su Sanatoriyasının rəhbəri Hacı İldırım Allahyarovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Masallı “Fatimeyi-Zəhra” İsti Su Sanatoriyasının rəhbəri Hacı İldırım Allahyarov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Hacı İldırım Allahyarov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Karantin dövründə də rayonda yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Masallı “Fatimeyi-Zəhra” İsti Su Sanatoriyasının rəhbəri Hacı İldırım Allahyarova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Masallı “Fatimeyi-Zəhra” İsti Su Sanatoriyasının rəhbəri Hacı İldırım Allahyarovdur.

Masallı “Fatimeyi-Zəhra” İsti Su Sanatoriyasının rəhbəri Hacı İldırım Allahyarov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Hacı İldırım Allahyarov bu işin müqəddəsliyini qoruyub saxlayır. Hacı İldırım Allahyarov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Hacı İldırım Allahyarovdan danışdılar yaxşı ki, Hacı İldırım Allahyarov Masallı “Fatimeyi-Zəhra” İsti Su Sanatoriyasının rəhbəridir… Hacı İldırım Allahyarov öz isguzarlığı ilə tanınır və seçilir….

Hacı İldırım Allahyarov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Hacı İldırım Allahyarov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Hacı İldırım Allahyarov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Hacı İldırım Allahyarovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Hacı İldırım Allahyarov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Hacı İldırım Allahyarov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Masallı “Fatimeyi-Zəhra” İsti Su Sanatoriyasının rəhbəri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Hacı İldırım Allahyarov özünü doğruldub. Bizdə hörmətli Hacı İldırım Allahyarovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO