sonnoqte.az
Xəbər başlıqları
  • 10:00 – Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır 
  • 09:00 – Entoni Blinken Prezident İlham Əliyevə zəng edib 
  • 08:44 – Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib 
  • 08:25 – Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO 

Rəfail Mehralıyev: Paytaxtın Yasamal rayonunda Britaniya layihəsinin tətbiqi uğurla davam edir

7-07-2022, 09:51 398 dəfə baxılıb

əsas-01.jpg
Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin rəisi Rəfail Mehralıyev - Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən Böyük Britaniyanın Mott MacDonald şirkəti ilə birgə hazırlanmış bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi ilə bağlı layihənin icrası artıq üçünci ildir ki, uğurla həyata keçirilir. Əvəlcə pilot layihə kimi Nərimanov rayonunda başlanan layihənin yüksək səviyyədə icrası nəticəsində xeyli irəliləyişlər əldə olunduğundan müqavilə şərtlərinə uyğun olaraq keçən il mərhələli şəkildə daha 3 paytaxt rayonu – Nizami, Nəsimi və Yasamal rayonları da bu layihəyə qoşulub.
Sakinlərin rahatlığı üçün bu rayonlarda ilkin mərhələdə Bakı Şəhər və  Rayon İcra Hakimiyyətlərinin əməkdaşları, bələdiyyə, təsərrüfat xidmətləri, gənclər və “Regional İnkişaf” İctimai Birliyinin  könüllülər bu işlərə cəlb edilib, geniş maarifləndirici işlər aparılıb.
Layihənin tətbiqi və gedişatının monitorinqi məqsədi ilə ayrıca hər bir rayon üzrə toplanan çeşidlənmiş tullantıların tərkibi və çəkisi apaşdırılır, nəticələr əvvəlki müddətlə müqayisə edilir. Görülən hazırlıq tədbirlərin və təbliğat işlərinin nəticəsi kimi bu layihənin icrasina ötən ilin may ayında başlanılan Yasamal rayonunda əldə edilən nəticələri uğur saymaq olar. Belə ki, əgər layihənin tətbiqinin ilk günündə çeşidlənmiş tullantının həcmi bir gündə 6 - 8 ton, sonradan isə tədricən 11 ton olmuşdusa, hazırda bu rəqəm gündəlik təqribən 20 - 22  ton arası təşkil edir. Bu da ilk növbədə, əldə edilən təcrübə, həmçinin könüllülərin, kommunal xidmət əməkdaşlarının sakinlər arasında apardığı düzgün maarifləndirmə işlərinin nəticəsidir. Eyni zamanda Yasamal rayon sakinləri də ilk gündən bu layihənin tətbiqində yaxından iştirak edirlər.
 Qeyd edilməlidir ki, ətraf mühitin çirklənmədən qorunması çox mühüm əhəmiyyət kəsb edən bu layihənin uğurla həyata keçirilməsi və paytaxt sakinlərinə göstərilən xidmətlərin səviyyəsinin daha da artırılması məqsədi ilə ölkə başçısının ayırdığı maliyyə vəsaiti hesabına Bakı şəhər kommunat təsərrüfatı xidmətləri üçün 57 ədəd kommunal təyinatlı müasir  avtonəqliyyat vasitələri və mexanizmlər alınıb. Yeni texnikaların tətbiqi əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsini yüksəldərək kommunal xidmətlərin mövcud avtoparkının yeniləşməsinə böyük kömək olmuşdur. Cari ildə də yeni texnikaların alınması nəzərdə tutulub.
Qeyd edilən layihənin uğurla həyata keçirilməsi şəhərimizin təmiz saxlanılmasına, gözəlləşməsinə, ətraf mühitin və sağlamlığınızın qorunmasına, yeni ekoloji, sanitar mədəniyyətin formalaşmasına  və iqtisadi səmərə əldə olunmasına xidmət edəcəkdir.
 
 
                               Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti
Paytaxtın Yasamal rayonunda Britaniya layihəsinin tətbiqi uğurla davam edir
Paytaxtın Yasamal rayonunda Britaniya layihəsinin tətbiqi uğurla davam edir
Paytaxtın Yasamal rayonunda Britaniya layihəsinin tətbiqi uğurla davam edir
Paytaxtın Yasamal rayonunda Britaniya layihəsinin tətbiqi uğurla davam edir
Paytaxtın Yasamal rayonunda Britaniya layihəsinin tətbiqi uğurla davam edir
Paytaxtın Yasamal rayonunda Britaniya layihəsinin tətbiqi uğurla davam edir

Parklar ölkəsi – Azərbaycan

əsas-08.jpg

Dövlətimizin başçısı cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkəmizin bütün güşələrində və xüsusi olaraq paytaxtımız Bakı şəhərində yeni yaşıllıqlar, meşə massivləri, istirahət parkları və bağlar salınır, mövcud yaşıllıq sahələri daha da genişləndirilir. Bu Azərbaycanın parklar ölkəsi olduğunu bir daha sübut edir. Artıq Bakı şəhərində 300-ə yaxın park, bağ və istirahət məkanları vardır və yeni parkların salınması, mövcud olanlarında isə əsaslı təmir-yenidənqurma prossesi davam edir.    
Paytaxtımıza xüsusi gözəllik verən parklardan biri “Nizami Gəncəvi” adına mədəniyyət və istirahət parkıdır. 11,2 hektar ərazisi olan parkda paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının səmərəli istirahəti üçün hər cür şərait yaradılıb. Bir vaxtlar “Luna Park” adı ilə məşhur olan parkda əsaslı yenidənqurmaya zərurət yaranmışdı. Bu məsələ Prezident İlham Əliyevin 2021-ci il 19 aprel tarixli Sərəncamı ilə həllini tapdı və 2021-ci il  dekabrın 30-da park istifadəyə verildi.
Qeyd edilməlidir ki, 1922-ci ildə salınmış parkın şəhərin estetik görünüşünə uyğunlaşdırılması məqsədilə onun ərazisində əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib, süni göl yaradılıb, amfiteatr və 1938-ci ildən mövcud olan yay kinoteatrı yenidən qurulub, iki fəvvarə kompleksi və müasir tipli işıqlandırma sistemi yaradılıb. Parkda müasir söhbətgahlar, müxtəlif ölçülü oturacaqlar, idman qurğuları quraşdırılıb, uşaq əyləncə kompleksi yaradılıb. Parkın ərazisində yaşıllaşdırma işləri görülüb, minlərlə ağac-kol və dekorativ bəzək bitkiləri əkilib.
  Axşam saatlarında, istirahət günlərində parka gələn sakinlərin sayı daha da artır. İnsanlar ailə üzvləri, yaxınları ilə parkdakı istirahət guşələrinə toplaşır, pikniklər təşkil edirlər. Bu da vətəndaşlarımızda yeni istirahət mədəniyyəti formalaşdırır.
Bakı şəhərinə gözəllik verən daha bir məkan Xətai rayonu ərazisində 43 hektar ərazidə yeni yaradılan “Gənclik” parkıdır. Bir zamanlar baxımsız ərazi olan bu məkan indi indi tam yeni görkəm alıb. Ərazi yenidən qurularaq Azərbaycanın meşə tipli füsunkar parklarından birinə çevrilib.
Parkda şəhər sakinlərinin və qonaqların istirahəti üçün müxtəlif infrastruktur yaradılıb. Burada 300 minədək ağac əkilib, yaşıllıqlar salınıb. Bir sözlə, sakinlər və qonaqların parkda asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait vardır.
Yeni istirahət məkanında həm uşaqlar, həm də böyüklər üçün idman və əyləncə sahələri yaradılıb, attraksion quraşdırılıb. Həmçinin fiziki məhdudiyyətli şəxslər üçün idman və əyləncə sahəsi yaradılıb. Burada qurulmuş "Ürəklər" kompozisiyası isə paytaxtımıza, təbiətimizə, insanlarımıza olan sevgini tərənnüm edir.
Parkda bağlı və açıq futbol meydançaları inşa olunub, ziyarətçilər üçün piknik məntəqələri də vardır. Qaçış üçün cığırlar, eləcə də velosiped yolları parkın idmansevərlərin də ən çox üz tutduqları məkana çevrib.
Beləliklə, yeni parklar paytaxtda aparılan abadlıq-quruculuq işlərinə mühüm töhfə verərək həm də şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması tədbirlərinin mühüm tərkib hissəsidir.
Parklar ölkəsi – Azərbaycan
Parklar ölkəsi – Azərbaycan
Parklar ölkəsi – Azərbaycan
Parklar ölkəsi – Azərbaycan
Parklar ölkəsi – Azərbaycan
Parklar ölkəsi – Azərbaycan
Parklar ölkəsi – Azərbaycan
Parklar ölkəsi – Azərbaycan
Parklar ölkəsi – Azərbaycan







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO