sonnoqte.az
Xəbər başlıqları
  • 12:37 – İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib 
  • 09:38 – Prezident onları təltif etdi - FOTO 
  • 09:33 – İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir 
  • 10:00 – Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır 

Hüseyn Əfəndiyev: Prezident İlham Əliyevin yeni inkişaf strategiyasında əhalinin sosial müdafiəsinin gücləndirilməsi prioritet olaraq qalır

10-02-2022, 09:00 246 dəfə baxılıb





Yasamal rayonunda əmək yarmarkası açılıb

Hüseyn Əfəndiyev: Prezident İlham Əliyevin yeni inkişaf strategiyasında əhalinin sosial müdafiəsinin gücləndirilməsi prioritet olaraq qalır


Bu gün Yasamal rayonunda əmək yarmarkası öz işinə başlayıb.Açılış mərasimində Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, millət vəkili Elnur Allahverdiyev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev və digər şəxslər iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov əmək yarmarkasını Yasamal rayonunun əmək bazarı üçün əlamətdar bir hadisə adlandırdı.

Elşad Həsənov xatırlatdı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2020-ci ildə “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalamışdır.

Həmin sərəncama əsasən müvafiq tədbirlər planı və onun icrası təsdiq edildi. Hal-hazırda bu strategiya uğurla həyata keçirilir. Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd etdi ki, əsas məqsədlərdən biri rayona investoru cəlb etməkdir və bunun üçün dövlət tərəfindən hər cür şərait yaradılıb.Yeni investorun cəlb edilməsi isə yeni iş yerlərinin yaradılması deməkdir.

Daha sonra Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli son illər məşğulluq sahəsində aparılan yenilik və islahatlar barədə söz açdı.

Əmək yarmarkasının əsas tərəfdaşı olan Al Market mağazalar şəbəkəsinin satış departamentinin direktoru Səbri Alp isə bildirdi ki, yarmarkaya 100 yaxın vakansiya çıxarılıb.Daha sonra tədbir iştirakçıları əmək yarmarkasının gedişatı ilə tanış oldular.



Yasamal rayon İcra Hakimiyyəti Başçısının I müavini Hüseyn Əfəndiyev - “Prezident İlham Əliyev ölkədə makroiqtisadi sabitliyin qorunması və əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində hər zaman ciddi addımlar atır. Elə Vətən müharibəsindəki şanlı Zəfərdən sonra Prezident İlham Əliyevin postmüharibə dövrü üçün müəyyənləşdirdiyi yeni inkişaf strategiyasında da əhalinin sosial müdafiəsinin gücləndirilməsi prioritet olaraq qalır. Həmçinin Azərbaycanda əhalinin sosial müdafiəsinə göstərilən diqqət hər il dövlət büdcəsində də öz əksini tapır. Hər il dövlət büdcəsində sosialyönümlü xərclər artırılır. Məhz 2022-ci ilin büdcəsi də bu baxımdan istisna təşkil etmədi və bu ilin büdcəsinin də sosialyönümlü olması bir daha göstərir ki, dövlətin əsas məqsədi xalqın rifahının yaxşılaşdırılmasıdır. Heç şübhəsiz ki, Prezident İlham Əliyevin ötən gün imzaladığı Sərəncam da dövlət başçısının yürütdüyü sosial siyasətin növbəti təntənəsi, pensiyaçılara növbəti qayğısıdır”.

Prezident İlham Əliyevin 2022-ci il 8 fevral tarixli “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı COVID-19 pandemiyasının, habelə beynəlxalq bazarlardakı qiymət artımlarının ölkədaxili inflyasiyaya və əmək pensiyaçılarının sosial rifahına mənfi təsirlərinin yumşaldılması məqsədinə xidmət edir: “Sərəncama əsasən, sığorta prinsipi ilə pensiya alanlara 2022-ci il üzrə 200 manat məbləğində maddi yardımın da verilməsi nəzərdə tutulur. Həmin vəsait rüblər üzrə bölünməklə pensiyaçılara ödəniləcək və ilkin ödəniş fevral ayının pensiyaları ilə birgə veriləcək. Eyni zamanda, yeni Sərəncamla 2022-ci il 1 yanvar tarixinədək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılacaq. Xüsusilə qeyd edilməlidir ki, Sərəncamla müəyyən edilən indeksasiya və maddi yardım 2021-ci il üzrə orta inflyasiya dərəcəsini üstələyir və bu da pensiyaçılara dövlət dəstəyinin növbəti bariz nümunəsidir”.

“Yeni Sərəncam pensiyaçıların 92 faizini əhatə edəcək. Nəzərdə tutulmuş məqsədlər üçün il ərzində əlavə olaraq 1,1 milyon nəfərə 352 milyon manat xərclənəcək”, artımlar ölkə üzrə pensiyaların orta aylıq məbləğinə münasibətdə təqribən 9 faiz təşkil edəcək: “300 manatadək pensiya alan şəxslərdə bu artım 10 faizədək, daha yüksək məbləğlərdə pensiya alanlarda isə 7-8 faizədək olacaq. Eləcə də, 6,7 faizlik indeksləşdirilmə ilə yanaşı, yeni Sərəncam qulluq stajına görə əlavələrlə pensiya təyin edilmiş şəxsləri də əhatə edir. Bir sözlə, yeni Sərəncam bu şəxslərə də 2022-ci ildə dövlət dəstəyinin göstərilməsinə və ümumi pensiya məbləğlərinin hər il artırılmasına imkan yaradacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO