sonnoqte.az
Xəbər başlıqları
  • 12:37 – İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib 
  • 09:38 – Prezident onları təltif etdi - FOTO 
  • 09:33 – İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir 
  • 10:00 – Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır 

Abşeron Rayonu günü-gündən gözəlləşir - Görülən işlər barədə məlumat - FOTOLAR

12-02-2021, 09:09 546 dəfə baxılıb


Aşağı Güzdək qəsəbəsinin Seyid Əzim Şirvani küçəsi təmir olunur - başçı göstəriş verdi




Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın göstəriş və tapşırığına uyğun olaraq rayonun Aşağı Güzdək qəsəbəsinin əsas küçələrindən biri olan Seyid Əzim Şirvani küçəsi təmir olunur. Qəsəbə bələdiyyəsinin daxili imkanları hesabına 2 km uzunluğu və 12 m eni olan Seyid Əzim Şirvani küçəsinə 500 kub çınqıl, 250 kub isə asfalt qırığı tökülərək yayılıb, hamarlanıb. Bununla da avtomobillərin rahat hərəkəti təmin edilib.
Qeyd edək ki, ərazidən iri tonnajlı maşınların hərəkət etməsi yolun dağılmasına və tamamilə sıradan çıxmasına səbəb olmuşdu. Ona görə də avtomobillərin normal axını zamanı problemlər yaranırdı. Bu da qəsəbə sakinklərinin haqlı narazılığına səbəb olmuşdu. Sakinlərin Abşeron RİH başçısı İradə Gülməmmədoya müraciət etməsindən sonra küçəsinin abadlaşdırılması istiqamətində göstəriş verildi.
Qəsəbə sakinləri Seyid Əzim Şirvani küçəsinin təmir edilməsindən razılıqlarını bildiriblər.



Xırdalanda növbəti küçə asfalt olundu - Başçı əraziyə gəldi




Xırdalan şəhərində növbəti küçə - Əvəz Şəfiyev küçəsi əsaslı şəkildə yenidən qurularaq asfalt olunub. Görülmüş işlərlə yerində tanış olmaq məqsədi ilə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova əraziyə gələrək baxış keçirib. İcra başçısına bildirilib ki, Əvəz Şəfiyev küçəsi Xırdalanın əsas küçələrindən biridir. Avtomobillərin daimi və fasiləsiz axınını tənzimlyən prospekt eyni zamanda Heydər Əliyev Parkının əsas girişinə aparan yoldur.
Qeyd edilib ki, layihə çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Kanalizasiya quyularının qapaqları yenilənib. Hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, yolcizgi və yolgöstərici xətləri, həmçinin piyada zolaqları çəkilib. Küçədə müasir yol infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə verilib.




Abşeron məktəblərində sanitar-gigiyenik qaydalara riayət olunmasına nəzarət gücləndirilib




Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın göstərişi ilə 20.01.2021-ci il tarixdən etibarən rayon ərazisində fəaliyyət göstərən məktəblərin 1 fevralda fəaliyyətə başlaması ilə əlaqədar monitorinqlər keçirilmişdir. Məktəblərdə kiçik təmir-bərpa işləri aparılmış, sinif otaqları səliqəyə salınmış, partalar ara məsafəsinə uyğun olaraq düzülmüşdür. Dezinfeksiya və deratizasiya işləri aparılmışdır.
Məktəblərin istilik sistemi yoxlanılmış, elektrik və su xətlərində olan kiçik nasazlıqlar aradan qaldırılmışdır.
Rayonun 40 təhsil müəssisəsində 67 min şagirddən 29 min şagird kontingenti əyani təhsilə cəlb edilmişdir. Pedaqoji kollektiv və texniki işçi heyəti pandemiya qaydalarına uyğun olaraq işə mərhələli şəkildə cəlb olunmuşdur.
Bütün məktəblərdə sanitar-gigiyenik qaydalara riayət olunmasına nəzarət gücləndirilmişdir. Belə ki, dərs prosesi başlamazdan öncə şagirdlərin hərarəti ölçülür, siniflərə daxil olarakən ara məsafəsi gözlənilir, əlləri dezinfektiv məhlullarla dezinfeksiya edilir, tənəffüslər arası sinif otaqlarının havası dəyişdirilir və döşəmə dezinfeksiya edici məhlullarla silinir.





İ.Gülməmmədova şəhidin doğum günündə onun məzarını ziyarət edib ailəsi ilə görüşdü




Bu gün II Qarabağ müharibəsində qəhrəmancasında döyüşərək şəhid olan Nəcəfov Şamil Rəfi oğlunun doğum günüdür. Bu münasibətlə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova və ictimaiyyət nümayəndələri şəhidin uyuduğu Saray qəsəbəsindəki Şəhidlər Abidəsini ziyarət edib. Burada şəhidlərin ruhuna dualar oxunub, əziz xatirələri ehtiramla yad edilib, məzarları üzərinə çiçəklər düzülüb.
Bildirilib ki, 04.02.1997-ci ildə anadan olan Şamil Nəcəfov II Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində, Daşkəsən - Kəlbəcər arası ərazilərdə gedən döyüşlərdə iştirak edir. Yaralıların döyüş bölgəsindən çıxarılması, onlara ilk yardımın göstərilməsi, düşmənin döyüş texnikasının məhv edilməsində xüsusi qəhrəmanlıq göstərib. Oktyabrın 1-də düşmən üzərinə hücuma keçərkən namərd gülləsinə tuş gələrək şəhidlik zirvəsinə yüksəlib. Döyüşçü dostları onu igid, cəsarətli, savadlı, verilən hərbi tapşırıq və əmrləri vaxtında və yüksək səviyyədə yerinə yetirən bir qəhrəman kimi xarakterizə edirlər.
Ölümündən sonra “Vətən uğrunda” və “Hərbi xidmətdə qazandığı uğurlara görə” medallara layiq görülüb.
İcra başçısı şəhidin ailə üzvləri və anası Gülşən xanımla görüşərək onların qayğıları, problemləri ilə maraqlanıb.
Şəhid anası dövlət tərəfindən daim diqqət və qayğı gördüyünü, ümumilikdə ölkədə müharibə iştirakçılarının hamısına xüsusi yanaşıldığını vurğulayaraq buna görə cənab Prezident İlham Əliyevə təşəkkürünü bildirib. RİH tərəfindən tez-tez problemləri ilə maraqlanıldığını vurğulayaraq lazimi köməkliklərin göstərildiyini qeyd edib.
Allah şəhidlərimizə rəhmət eləsin.














Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO