sonnoqte.az
Xəbər başlıqları
  • 12:37 – İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib 
  • 09:38 – Prezident onları təltif etdi - FOTO 
  • 09:33 – İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir 
  • 10:00 – Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır 

Rəşid Atakişiyev: Dövlət Başçısının verdiyi hər bir qərar, atdığı hər bir addım əhalinin rifah halının yaxşılaşdırılmasına xidmət edir

12-01-2022, 01:11 284 dəfə baxılıb



Azərbaycanda həyata keçirilən siyasətin əsasını əhalinin sosial rifahının yüksəldilməsi amili təşkil edir, bu siyasətin mərkəzində insan amili dayanır. “Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır”, “Azərbaycan dövləti hər zaman vətəndaşın yanındadır” fikrilərinin müəllifi Prezident İlham Əliyevin əhalinin rifah halının yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində verdiyi hər bir qərar, atdığı hər bir addım cəmiyyətdə razılıqla qarşılanır, böyük rəğbət doğurur.

Bunu Saatlı rayon Yol İstismarı İdarəsinin rəisi Rəşid Atakişiyev bildirib. Ümummilli lider Heydər Əliyevin uğurlu inkişaf strategiyasını layiqincə davam etdirən cənab İlham Əliyev də bütün sahələrlə yanaşı, Azərbaycanda beynəlxalq standartlara cavab verən yolların tikintisini prioritet məsələ kimi daim gündəmdə saxlayır. Yollar həm insanların rahatlığını təmin edir, həm də iqtisadiyyatın hərtərəfli inkişafında mühüm rol oynayır. Dövlətimizin başçısı İlham Əliyevin regionların sosial-iqtisadi inkişafında, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərində yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə xüsusi diqqət yetirməsi bunun təsdiqidir. Yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir. Azərbaycan bu gün Avrasiya məkanında dinamik innovativ inkişaf edən lider dövlət, həm də iki qitə arasında mühüm və ən əlverişli nəqliyyat mərkəzidir. Ölkəmiz bu mövqeyini düşünülmüş siyasət, gələcəyə hesablanmış strategiya və zamanın, dövrün tələblərinə uyğun olaraq həyata keçirilən islahatlar, dünyaya səs salan yeni iqtisadi və sosial layihələrin icra edilməsi nəticəsində qazanıb. Reallıq budur ki, 2003-cü ildən etibarən iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar öz uğurlu nəticəsini verir. Neft gəlirlərinin istifadəsində şəffaflığın yüksək səviyyədə təmin olunması qeyri-neft sektorunun inkişafına geniş yol açdı. Regional inkişaf proqramlarının uğurlu icrası nəticəsində yol-nəqliyyat kompleksinin müasir infrastrukturunun yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilir, Prezident tərəfindən Fərman və sərəncamlar imzalanır. İmzalanan sənədlərə uyğun olaraq çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunur, beynəlxalq standartlar səviyyəsində avtomobil yolları salınır. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ən ucqar kənd yolları belə müasir standartlara uyğun qurulub. Yollar həm insanların rahatlığını təmin edir, həm də ölkə iqtisadiyyatının hərtərəfli inkişafında mühüm rol oynayır. Bir sözlə, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası ölkənin geosiyasi maraqlarına, malik olduğumuz enerji resurslarının səmərəli istifadəsinə yol açan enerji layihələrinin uğurlu icrasına, qeyri-neft sektorunun hərtərəfli inkişafına, ərzaq, enerji və nəqliyyat təhlükəsizliyinin təminatına xidmət edib və bundan sonra da edəcək. 

Ölkə əhalisinin rifahının yaxşılaşdırılması ölkəmizdə aparılan sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biridir. Hesablamalar göstərir ki, ötən illərdə mütəmadi olaraq Azərbaycan dövləti tərəfindən əhalinin sosial rifahının yüksəldilməsi məqsədilə çoxlu sosial paketlər həyata keçirilib, bu istiqamətdə ciddi irəliləyişlərə nail olunub. Dövlətimizin apardığı uğurlu siyasətin nəticəsidir ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, əmək haqqlarının, təqaüdlərin davamlı şəkildə artırılması, ölkədə sosial infrastruktur lahiyələrinin ən müasir standartlara cavab verən səviyyədə formalaşdırılması, şəhid ailələrinə, müharibə veteranlarına, keçmiş məcburi köçkünlərə yaşayış şəraitinin və sosial rifahının yaxşılaşdırılması üçün xüsusi tədbirlərin həyata keçirilməsi vətəndaşlar tərəfindən rəğbətlə qarşılanır.

Ruh yüksəkliyi ilə qeyd etməliyik ki, əvvəlki illərdə böyük məbləğdə və milyonlarla insanı əhatə edən sosial paketlər, iqtisadi islahatlar nəticəsində əldə olunan gəlirlər bilavasitə əhalinin rifahının yüksəldilməsinə yönəldilib. 2022-ci ilin əvvəlindən sosial ödənişlərin əhəmiyyətli dərəcədə artırılması, 1,5 milyard manat vəsaitə başa gələn və 2.1 milyon insanı əhatə edən növbəti sosial paketin həyata keçirilməsi bunu bir daha təsdiq edir. Bu da ondan xəbər verir ölkəmizin iqtisadi gücünün artırılması əhalinin həyat səviyyəsinin yüksəlməsinə xidmət edəcək. Azərbaycanda görülən bütün işlər, əldə olunan nailiyyətlər ölkə vətəndaşları, onların ali mənafeyi üçündür. Azərbaycanın iqtisadi imkanlarının genişlənməsi və iqtisadi qüdrətinin artması daha səmərəli və çoxşaxəli sosial müdafiə tədbirlərinin həyata keçirilməsinə imkan verir. İşğaldan azad olunmuş ərazilərimizdə quruculuq, abadlıq işlərinin yüksək sürətlə və keyfiyyətlə həyata keçirilməsi ən qısa zamanda keçmiş məcburi köçkünlərimizin öz dədə-baba yurdlarına qayıtmalarını təmin edəcək.

2022-ci ildə də dövlətimiz tərəfindən sosial ödənişlər, sosial paketlər və islahatlar davam etdiriləcək. Əldə edilən gəlirlər vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılmasına yönləndiləcək. Prezident İlham Əliyevin rəhbərliyi ilə məqsədyönlü sosial tədbirlər nəticəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsi, rifah halının yüksəlməsi bir daha Azərbaycanda vətəndaşların rifah halının yüksəldilməsinin və sosial müdafiə tədbirlərinin genişləndirilməsinin qarşıdakı illərdə də prioritet olacağını söyləməyə əsas verir.
 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO