sonnoqte.az
Xəbər başlıqları
  • 10:17 – İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib 
  • 12:06 – İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib 
  • 09:38 – Prezident onları təltif etdi - FOTO 
  • 09:33 – İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir 

Qurban Əliyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir!

28-12-2021, 08:30 349 dəfə baxılıb



Astara 49 saylı Yol İstismarı MMC-nin rəisi Qurban Əliyev - Ümummilli lider Heydər Əliyevin uğurlu inkişaf strategiyasını layiqincə davam etdirən cənab İlham Əliyev də bütün sahələrlə yanaşı, Azərbaycanda beynəlxalq standartlara cavab verən yolların tikintisini prioritet məsələ kimi daim gündəmdə saxlayır. Yollar həm insanların rahatlığını təmin edir, həm də iqtisadiyyatın hərtərəfli inkişafında mühüm rol oynayır. Dövlətimizin başçısı İlham Əliyevin regionların sosial-iqtisadi inkişafında, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərində yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə xüsusi diqqət yetirməsi bunun təsdiqidir. Yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir. Azərbaycan bu gün Avrasiya məkanında dinamik innovativ inkişaf edən lider dövlət, həm də iki qitə arasında mühüm və ən əlverişli nəqliyyat mərkəzidir. Ölkəmiz bu mövqeyini düşünülmüş siyasət, gələcəyə hesablanmış strategiya və zamanın, dövrün tələblərinə uyğun olaraq həyata keçirilən islahatlar, dünyaya səs salan yeni iqtisadi və sosial layihələrin icra edilməsi nəticəsində qazanıb. Reallıq budur ki, 2003-cü ildən etibarən iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar öz uğurlu nəticəsini verir. Neft gəlirlərinin istifadəsində şəffaflığın yüksək səviyyədə təmin olunması qeyri-neft sektorunun inkişafına geniş yol açdı. Regional inkişaf proqramlarının uğurlu icrası nəticəsində yol-nəqliyyat kompleksinin müasir infrastrukturunun yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilir, Prezident tərəfindən Fərman və sərəncamlar imzalanır. İmzalanan sənədlərə uyğun olaraq çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunur, beynəlxalq standartlar səviyyəsində avtomobil yolları salınır. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ən ucqar kənd yolları belə müasir standartlara uyğun qurulub. Yollar həm insanların rahatlığını təmin edir, həm də ölkə iqtisadiyyatının hərtərəfli inkişafında mühüm rol oynayır. Bir sözlə, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası ölkənin geosiyasi maraqlarına, malik olduğumuz enerji resurslarının səmərəli istifadəsinə yol açan enerji layihələrinin uğurlu icrasına, qeyri-neft sektorunun hərtərəfli inkişafına, ərzaq, enerji və nəqliyyat təhlükəsizliyinin təminatına xidmət edib və bundan sonra da edəcək.

***

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Astara 49 saylı Yol İstismarı MMC-nin rəisi Qurban Əliyevdir.

Astara 49 saylı Yol İstismarı MMC-nin rəisi Qurban Əliyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Qurban Əliyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Qurban Əliyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Qurban Əliyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Qurban Əliyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Astara 49 saylı Yol İstismarı MMC-nin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Qurban Əliyev özünü doğruldub. Bizdə hörmətli Qurban Əliyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

***

Astara 49 saylı Yol İstismarı MMC-nin rəisi Qurban Əliyev - İlham Heydər oğlu Əliyev...bu ad milyonlarla insana çox əziz və doğmadır.

Dünyada çox az insan,dövlət xadimi,rəhbər var ki, İlham Əliyev kimi xalqı tərəfindən sevilsin, dəstəkləsin.Dünyaya göz açdığı ailə, tərbiyə aldığı mühit, aldığı təhsil, xalqına vicdanla xidməti məhz onu bu cür sevilən və inamlı etmişdir. İlham Əliyevin daha bir xoşbəxtliyi onun Ulu öndər Heydər Əliyevin ailəsində doğulmasi, Heydər Əliyev məktəbini keçməsi olmuşdur. Atalar düz deyir ki,ot öz kökü üstə bitər. Bəli,özünün qeyd etdiyi kimi o, həmişə bu məsuliyyəti dərk etmiş və ata nəsihətini yerinə yetirməyə çalışmış və bu gün də şərəf və uğurla yerinə yetirir.

İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. Onun həyatının hər bir mərhələsi Azərbaycan xalqına, onun çiçəklənməsinə, inkişafına, onun tanınmasına xidmət edir.

İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib.İndiki vaxta qədər xidmətlərinə görə İlham Əliyev həm dövlətimiz, həm də xarici dövlətlər tərəfindən orden və medallarla, fəxri adlarla təltif olunmuşdur. Ancaq onun ən böyük təltifi xalq sevgisidir. Azərbaycan xalqı öz ləyaqətli oğluna bütün varlığı ilə inanır, ona etibar edir və onu həmeşə dəstəkləyir. Bu inam və etibarın birlyindən 28 ildən sonra Ali Baş Komandanımızın rəhbərliyi ilə Qarabağ ermənilərdən azad oldu.

Bu gün hər bir azərbaycanlının evində İlham Əliyev adı çox doğma və əzizdir. Hər kəs onu özünə arxa-dayaq bilir. Kübar, savadlı, ziyalı, bacarıqlı, gözəl nitqə malik olan prezidentimiz apardığı uzaqgörən siyasəti, qətiyyətli addımları, inamlı mövqeyi ilə hər zaman qeyri-adi qərarlar verərək xalqımızın müqəddəratı üçün mövqeyini nümayiş etdirir. Biz qalib prezidentimizi dəstəkləyir, ona güvənir, onun hər an yanında olduğumuzu bildiririk. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO