sonnoqte.az
Xəbər başlıqları
  • 14:30 – Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub 
  • 09:00 – Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür 
  • 08:30 – Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım 
  • 12:22 – Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM 

Tofiq Heydərov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir!

24-08-2022, 12:00 790 dəfə baxılıb

Lənkəran teatrının direktoru:“Uğurlarımızı yeni mövsümdə də artırmağa  çalışacağıq”

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Tofiq Heydərov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərovdur.

Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Tofiq Heydərov bu işin müqəddəsliyini qoruyub saxlayır. Tofiq Heydərov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Tofiq Heydərovdan danışdılar yaxşı ki, Tofiq Heydərov Lənkəran Dövlət Dram Teatrının direktorudur… Tofiq Heydərov öz isguzarlığı ilə tanınır və seçilir….

Tofiq Heydərov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Tofiq Heydərov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Tofiq Heydərov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Tofiq Heydərovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Tofiq Heydərov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Tofiq Heydərov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Lənkəran Dövlət Dram Teatrının direktoru kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Tofiq Heydərov özünü doğruldub. Bizdə hörmətli Tofiq Heydərovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov - Bu gün Azərbaycan Respublikasının sürətlə inkişaf edən bölgələrindən biri də Lənkərandır. Abadlıq işlərinin geniş vüsət aldığı, müasir şəhər infrastrukturunun formalaşdığı bu diyarda regional inkişafın ideal modelinin yarandığı göz önündədir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin cənub bölgəsinə səfərlərinin birində söylədiyi fikirlərdə də bu, bir daha öz təsdiqini tapır: “Lənkəran həmişə Azərbaycanın ən fəal bölgələrindən olmuşdur. Lənkəranlılar bütün dövrlərdə ölkəmizin hərtərəfli inkişafına öz töhfələrini vermişlər. Xüsusilə müstəqillik dövründə Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində lənkəranlıların çox böyük rolu olmuşdur. Bölgənin inkişafının əhəmiyyəti bu gün göz qabağındadır və bu da müstəqilliyimizə əsil töhfədir”.

Lənkəranda teatr əsaslı fəaliyyətə 1891-ci ilin 18 yanvarında  başlayıb. Bu barədə tədqiqatçı-teatrşünas Qulam Məmmədlinin tərtib etdiyi və 1975-ci ildə Azərbaycan Dövlət Nəşriyyatında çapdan çıxmış “Azərbaycan teatrının salnaməsi (1850-1920)” kitabında məlumat öz əksini tapıb. Kitabın 65-ci səhifəsində “1891-ci il, 18 yanvar, Lənkəran” başlıqlı yazıda oxuyuruq: ”Obşestvennoye sobraniyenin zalında, iki sinifli Lənkəran şəhər məktəbinin yoxsul uşaqları nəfinə həvəskarlar tərəfindən tamaşa verilmişdir”. Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitunun təqdimatına əsasən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 7 avqust 2009-cu il tarixli 339 nömrəli əmri ilə Lənkəran Dövlət Dram Teatrının yaşı məhz bu tarixdən – 18 yanvar 1891-ci ildən təsdiqlənib.

Qeyd edək ki, Lənkəranda işləmək, burada maarif və mədəniyyət toxumu yaymaq bir çox sənətkarların həyat amalı olub. Görkəmli Azərbaycan bəstəkarı Müslüm Maqomayev 1905-ci ilin sentyabrından müəllimlik fəaliyyətinə başlayaraq, burada dörd sinifli məktəbdə təbiət, coğrafiya fənnlərini tədris edib. Bununla yanaşı o, Lənkəran şəhərində dram, xor və nəfəsli orkestr dərnəkləri yaradıb, oğlanlarla yanaşı məktəbli qızları da bu dərnəklərə cəlb edib.

Şəhərdə teatrın təşəkkül tapmasında görkəmli səhnə ustası, SSRİ xalq artisti Sidqi Ruhullanın da böyük yaradıcılıq köməyi olub. 1912-ci ildə Lənkərana gələn Sidqi Ruhulla burada dram heyəti yaratmaq istəyən həvəskarlarla “Bəxtsiz cavan”, “Nadir şah” faciələrini, H.Rzayevin “Cəhalət” və N.B.Vəzirovun “Ev tərbiyəsinin bir şəkli” komediyalarını göstərib.

1923-cü ildə yerli ziyalılardan Teymur Şahverdiyevin “Altı rəfat” və “Həqiqi röya” pyeslərinin tamaşaları da Lənkəranın mədəni həyatında böyük əks-sədaya səbəb olub. Hər iki əsər yenicə yaradılmış Hüseyn Ərəblinski adına rayon xalq teatrı artistlərinin və yerli ziyalıların qüvvəsi ilə hazırlanıb.

Xalq teatrı təxminən 10 ildən çox fəaliyyət göstərərək sonralar yaradılmış peşəkar teatr üçün zəmin yaradıb. Respublikanın adlı-sanlı artistləri və müğənnilərindən Həqiqət Rzayeva, Münəvvər Kələntərli, Haşım Kələntərli, İsmayıl Talışıniski, Cahan xanım Talışıniskaya kimi məşhur sənətkarlar ilk addımlarını məhz Lənkəran xalq teatrının səhnəsində atıblar.

1934-cu ilin payızında Lənkəranda açılan Dövlət Dram Teatrı 1949-cu ilə kimi səmərəli fəaliyyət göstərib. Teatrın ilk direktoru və baş rejissoru Əməkdar artist Süleyman Səlimbəyov olub.  Müharibə illərində böyük yaradıcılıq müvəffəqiyyətlərinə görə teatrın direktoru və rejissoru Qəni Vəliyev və aktyor  Kamil Nəcəfov Azərbaycanın Əməkdar artisti fəxri adına, bir qrup aktyor isə respublika Ali Sovetinin Fəxri Fərmanına layiq görülüb.

Lənkəranlıların teatr sənətinə sonsuz məhəbbəti nəticəsində 1959-cu ilin dekabrında rayonda yenidən H.Ərəblinski adına xalq teatrı təşkil edilib. Cavan yaradıcı qüvvələrlə müntəzəm iş aparmaq, yeni-yeni istedadları axtarıb tapmaq, öz repertuarını müasir həyatla səsləşən əsərlərlə zənginləşdirmək və beləliklə də xalqa yüksək mədəni xidmət göstərmək kimi vəzifələr xalq teatrının əsas fəaliyyət proqramı olub. Teatra respublikanın əməkdar artisti Kamil Nəcəfov rəhbərlik edib.

1973-cü il dekabrın 6-da teatr M.İbrahimovun “Yaxşı adam” tamaşası ilə yenidən öz pərdəsini sənətsevərlərin üzünə açıb.

Teatr 1976-cı ildə gənclərin estetik tərbiyəsi işi sahəsində fəaliyyəti və Mixail Musiyenkonun “Nəsillər eşidin!” əsərinin tamaşasına görə “Respublika gənclər mükafatı” laureatı adına layiq görülüb.

Yarandığı ilk dövrdən sağlam mənəvi prinsiplər üzərində təşəkkül tapan Lənkəran Dövlət Dram Teatrı ötən müddət ərzində 270-dən çox əsərə səhnə həyatı verib. Repertuarında Azərbaycan dramaturqlarının əsərləri ilə yanaşı, Qərbi Avropa, rus və digər ölkə xalqlarının dramaturgiyasından incilərin mühüm yer tutduğu bu sənət ocağı fəaliyyəti dövründə nəinki respublikamızda, eyni zamanda bir sıra xarici ölkələrdə keçirilən Beynəlxalq festivallarda uğurlar qazanıb. Teatr 25-30 may 2007-ci il tarixlərində Türkiyə Cümhuriyyətinin Dənizli şəhərində keçirilən Beynəlxalq teatr festivalında Üzeyir Hacıbəylinin “Olanlardan keçənlərdən” tamaşasıyla, 17-26 aprel 2008-ci il tarixlərində Türkiyə Cümhuriyyətinin Konya şəhərində keçirilən “Min səs, bir nəfəs” Beynəlxalq Teatr Festivalında Elçinin “Dəlixanadan dəli qaçıb” tamaşasıyla, 2009-cu ilin iyun ayında Azərbaycan Respublikasının Gəncə şəhərində keçirilən “Yeni teatr” 1-ci Respublika festivalında G.Fiqeyredonun ”Ezop” tamaşasıyla, 2010-cu ilin noyabr ayında Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində keçirilən 15-ci Beynəlxalq Teatr Festivalında və 9-15 may 2011-ci il tarixlərində bu ölkənin Dənizli şəhərində keçirilən Beynəlxalq teatr festivalında Qriqori Qorinin “Herostratı unudun!” tamaşasıyla respublikamızı təmsil etmişdir. 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində 2014-cü ilin sentyabr ayının 10-dan 19-dək Şəkidə keçirilən I Beynəlxalq teatr festivalında teatrın truppası italyan dramaturqu E.Filipponun “Ruhlar” tamaşası ilə çıxış edərək təşkilat komitəsi tərəfindən diplom və xatirə hədiyyəsi ilə mükafatlandırılıb.

 Qazandığı uğuların nəticəsi olaraq 2016-cı ilin iyun ayından Lənkəran Dövlət Dram Teatrına “Aparıcı teatr” stasusu verilib.

Özünün bütün fəaliyyəti boyu Lənkəran teatrı digər ölkə teatrları və ya əcnəbi rejissorlarla əməkdaşlığa həmişə önəm verib. Bolqarıstandan Xristo Stoyçev, Gürcüstandan Zurab Pxakidze, Ukraynadan Arkadi Nepitalyuk və digər ölkələrdən dəvət edilmiş rejissorlar teatrda maraqlı tamaşalar hazırlayıblar.

2015-ci ilin dekabrında İrandan dəvət edilmiş rejissor Xeyrullah Təğiyənipur dramaturq Bəhram Beyzayinin “İlan Sultan” əsərinə maraqlı səhnə quruluşu verib. Bu tamaşa İranla Azərbaycan arasında mədəni əlaqələrin genişlənməsində mühüm əhəmiyyət kəsb edib. Belə ki, Lənkəran teatrının İran İslam Respublikasının Mədəniyyət Nazirliyinin Teatr-Dram Sənəti Baş İdarəsi ilə bağladığı müqaviləyə əsasən “İlan Sultan” tamaşası Lənkəranla yanaşı, İranın bir sıra şəhərlərində, həmçinin 2016-cı ilin yanvar ayında Tehran şəhərində keçirilən 34-cü Beynəlxalq Fəcr Teatr Festivalı çərçivəsində  bu ölkənin Təbriz və Məşhəd şəhərlərində uğurla nümayiş etdirilib. Teatr həmçinin İran İslam Respublikasının Həmədan şəhərində keçirilən 24-cü Beynəlxalq Uşaq və Gənclər Teatr Festivalında P.Nurəliyevanın “Dəcəl keçi” (1-6 dekabr 2017-ci il), Həmədan şəhərində keçirilən 25-ci Beynəlxalq Uşaq və Gənclər Teatr Festivalında Əjdər Olun “Meşəbəyinin dostları” (20-25 noyabr 2018-ci il),  Zəncan şəhərində keçirilən 4-cü Milli Teatr Festivalında E.Əskərovun “Sehirbazlar dərəsi” (8-12 iyul 2019-cu il), Tehran şəhərində keçirilən “Adət-Ənənə” Milli Teatr Festivalında iranlı rejissor Bəhram Beyzayini “Senemar” (14-18 avqust 2019-cu il) tamaşaları ilə çıxış edərək, bu mötəbər sənət yarışmalarında diplomlarla mükafatlandırılıb.

 2019-cu il iyunun 1-də Lənkəran Dövlət Dram Teatrı 1-ci Lənkəran Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Bu möhtəşəm   sənət bayramında ölkəmizin 10 sənət ocağı - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Gənc   Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Lənkəran  Dövlət Dram Teatrı, Bakı Uşaq Teatrı, Qax Dövlət Kukla Teatrı, Şəki Dövlət Dram Teatrı, Salyan Dövlət Kukla Teatrı və müstəqil “Ol” Teatrı ilə yanaşı, həmçinin Böyük Britaniyanın “Two  Destination Language” Teatrı, Gürcüstanın “Azadlıq” Teatrı,   İranın Ərdəbil şəhərinin “Muğan Hünər”, Təbriz şəhərinin “Mika” və "Ünvan"  teatrının kollektivləri iştirak edərək öz məharətlərini nümayiş etdiriblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 9 noyabr 2004-cü il tarixində cənub bölgəsinə səfəri çərçivəsində Lənkəran Dövlət Dram Teatrına da baş çəkərək burada yaradılan şəraitlə tanış olub, yaradıcı kollektivin üzvlərinin qayğıları ilə maraqlanıb, onlarla xatirə şəkli çəkdirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO