sonnoqte.az
Xəbər başlıqları
  • 10:17 – İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib 
  • 12:06 – İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib 
  • 09:38 – Prezident onları təltif etdi - FOTO 
  • 09:33 – İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir 

Tofiq Xanəliyevin respublikada bədən tərbiyəsi və idman hərəkatının bilavasitə, universitet idmanın inkişafında, kadrların hazırlanması sahəsində böyük xidmətləri var - ÖZƏL

6-05-2022, 11:53 1 196 dəfə baxılıb



Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi "Gənclik” Tələdə İdman Cəmiyyəti Respublika Şurasının sədri "Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” Tofiq Xanəliyevin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Tofiq Xanəliyevin respublikada bədən tərbiyəsi və idman hərəkatının bilavasitə, universitet idmanın inkişafında, kadrların hazırlanması sahəsində böyük xidmətləri var. 39 ilə yaxındır ki, idman sahəsində çalışan T.Xanəliyev 1982-1986-cı illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunda təhsil alıb. O, əmək fəaliyyətinə 1986-cı ildə Lerik Rayon Şahmat və Dama Məktəbinin direktoru vəzifəsində başlayıb. Tofiq müəllim işlədiyi müddət ərzində bir sıra məsul vəzifələrdə çalışıb. 

T.Xanəliyev 1989-1992-ci illərdə Ümumittifaq Könüllü Bədən Tərbiyəsi -İdman Cəmiyyəti Respublika Şurasının (ÜKBTİC) baş təlimatçısı vəzifəsində işləyib. 1992-ci ildə "Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurası yaradılıb və Tofiq Xanəliyev orada baş təlimatçı, şöbə müdiri və sədr müavini kimi vəzifələrdə fəaliyyət göstərib.
2007-ci ildə "Gənclik” Tələdə İdman Cəmiyyəti Respublika Şurasının Hesabat seçki konfransı keçirilib və Tofiq Xanəliyev bu təşkilatın sədri seçilib. Həmin ildən bu günə kimi "Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının sədri vəzifəsində çalışır. Onun cəmiyyətə rəhbərlik etdiyi müddət ərzində minlərlə tələbə gənc kütləvi surətdə bədən tərbiyəsi və idmana cəlb olunub, cəmiyyətin idmançıları respublika daxili yarışlarla yanaşı, bir sıra beynəlxalq yarışlarda da yüksək nəticələr əldə ediblər.
İşlədiyi müddət ərzində "Gənclik” Tələbə İdman Cəmiyyətinin Respublika Şurası Beynəlxalq Universitet İdman Federasiyasının (FİSU), həmçinin, Avropa Universitet İdman Assosiasiyasının (EUSA) üzvü seçilib. Cəmiyyətin tələbə idmançıları bu mötəbər idman qurumlarının tədbirlərində dəfələrlə yüksək nəticələr əldə ediblər.
O, idman sahəsində göstərdiyi xidmətlərə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Gənclər və İdman Nazirliyinin və eləcə də, Beynəlxalq Universitet İdman Federasiyasının fəxri fərmanları ilə təltif olunub. 2011-ci ildə ona "Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” adı verilib. 2012 -ci ilin yekunlarına görə rəhbərlik etdiyi "Gənclik” Tələbə İdman Cəmiyyəti ilin ən yaxşı idman cəmiyyəti adına layiq görülüb. Tofiq Xanəliyev Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə "Tərəqqi” medalı ilə təltif edilib. 2019-cu ildə Beynəlxalq fəxri professor adına layiq görülüb.


"Gənclik” Tələdə İdman Cəmiyyəti Respublika Şurasının sədri "Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” Tofiq Xanəliyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Tofiq Xanəliyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, "Gənclik” Tələdə İdman Cəmiyyəti Respublika Şurasının sədri "Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” Tofiq Xanəliyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, "Gənclik” Tələdə İdman Cəmiyyəti Respublika Şurasının sədri "Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” Tofiq Xanəliyevdir.

"Gənclik” Tələdə İdman Cəmiyyəti Respublika Şurasının sədri "Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” Tofiq Xanəliyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Tofiq Xanəliyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Tofiq Xanəliyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Tofiq Xanəliyevdən danışdılar yaxşı ki, Tofiq Xanəliyev "Gənclik” Tələdə İdman Cəmiyyəti Respublika Şurasının sədridir… Tofiq Xanəliyev öz isguzarlığı ilə tanınır və seçilir….

Tofiq Xanəliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Tofiq Xanəliyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Tofiq Xanəliyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Tofiq Xanəliyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Tofiq Xanəliyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Tofiq Xanəliyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun "Gənclik” Tələdə İdman Cəmiyyəti Respublika Şurasının sədri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Tofiq Xanəliyev özünü doğruldub. Bizdə hörmətli Tofiq Xanəliyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO