sonnoqte.az
Xəbər başlıqları
  • 21:33 – Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR 
  • 14:30 – Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub 
  • 10:21 – Prezident və birinci xanım Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər - FOTO 
  • 09:00 – Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür 

Mustafa Babanlı: 2022-2023-cü tədris ilinin ilk dərsi "Qarabağ Azərbaycandır!"

15-09-2022, 08:00 185 dəfə baxılıb





Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı - 2022-2023-cü tədris ilində ümumi təhsil müəssisələrində 1 milyon 610 min şagird təhsil alacaq. Onlardan 152 minə yaxını birinci sinfə gedir. 
 
Yeni tədris ilində məktəbəhazırlıq qruplarında isə 90 minə yaxın uşağın təhsilə cəlb olunacağı gözlənilir.
 
2022-2023-cü tədris ilinin ilk dərsi "Qarabağ Azərbaycandır!" mövzusuna həsr olunub.

Azərbaycan bütün istiqamətlərdə sürətli inkişaf yolunda inamla irəliləyir. Təbii ki, hər bir inkişafın təməlində insan kapitalı, onun əsasında isə təhsil dayanır. Çünki hər bir dövlətin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Təhsil sahəsində önəmli islahatlar həyata keçirilir. Bu gün ölkəmizdə təhsilin daha da inkişafı üçün xeyli sayda dövlət proqramı icra olunur. Həyata keçirilən dövlət proqramları çərçivəsində təhsil təyinatlı yeni binalar inşa edilir, ümumi təhsil müəssisələrinin binaları əsaslı təmir olunur. Təhsildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi genişlənib, bütövlükdə təhsilin infrastrukturu müasirləşib.

“Görülən işlər bir daha təsdiqləyir ki, ölkəmizdə təhsilin və elmin inkişafı prioritet istiqamətlərindəndir. 44 günlük Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun şücaəti, xalqımızın həmrəyliyi sayəsində Zəfərlə başa çatdı. İşğaldan azad olunmuş torpaqlarımızda bu gün sürətli bərpa və quruculuq işləri aparılır. Bu quruculuq işləri təhsildən də yan keçmir. Təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır. İnanıram ki, bu istiqamətdə qarşıya qoyulan hədəflərə uğurla çatacağıq”.
 
 


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Mustafa Babanlı səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlıya biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlıdır.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Mustafa Babanlı bu işin müqəddəsliyini qoruyub saxlayır. Mustafa Babanlı kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Mustafa Babanlı Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Mustafa Babanlı insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Mustafa Babanlı bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Mustafa Babanlı özünü doğruldub. Bizdə hörmətli Mustafa Babanlını dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.



ADNSU-da akademik Musa Əliyevin gündəlikləri əsasında yazılmış kitabın təqdimat mərasimi keçirilib

Mustafa Babanlı: 2022-2023-cü tədris ilinin ilk dərsi "Qarabağ Azərbaycandır!"


Sentyabrın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Azərbaycan Milli Elmlər Akademiyası və Geologiya və Geofizika İnstitutunun  birgə təşkilatçılığı ilə Akademik Musa Əliyevin gündəlikləri əsasında yazılmış kitabın təqdimat mərasimi keçirilib.
         Tədbirdə əvvəlcə sentyabrın 13-də ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlarının qarşısını alan zaman, həmçinin Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
         Hökumət üzvləri, AMEA-nın nümayəndələri, millət vəkilləri, elm xadimlər və tələbələrin iştirak etdiyi tədbiri giriş sözü ilə açan ADNSU-nun rektoru, professor Mustafa Babanlı akademik Musa Əliyevin gündəlikləri əsasında tərtib olunmuş kitabı yüksək ədəbi, mənəvi və ibrətamiz dəyərə malik kitab kimi qiymətləndirib. ADNSU-da akademik Musa Əliyevin qoyduğu irsin, yaratdığı elmi məktəbin uğurla davam etdirildiyini deyən rektor M.Babanlı kitabı mütalə etdikdən sonra görkəmli akademiki həm də Azərbaycanın ədəbiyyatını, tarixini, mədəniyyətini dərindən bilən, yüksək mənəvi və vətəndaş dəyərlərinə sahib böyük insan kimi bir daha kəşf etdiyini vurğulayıb.
            AMEA-nın Geologiya və Geofizika İnstitutunun direktoru, akademik Akif Əlizadə görkəmli alim Musa Əliyev haqqında xatirələrini bölüşüb. O, Azərbaycanda geologiya elminin inkişafına fundamental töhfələr vermiş Mezozoy üzrə paleontoloq və stratiqrafların elmi məktəbinin əsasını qoymuş dünya şöhrətli geoloq alimin gündəlikləri əsaında yeni nəşr olunan kitabı böyük bir tarixi salnamə kimi qiymətləndirib.
           Akademik Musa Əliyevin həyat yolunu əks etdirən videokollaj nümayiş etdirildikdən sonra kitabın tərtibatçısı, tanınmış yazıçı-publisist Nadejda İsmayılova görkəmli akademik haqqında fikirlərini bölüşüb. O, akademik Musa Əliyevin gözəl, bədii yazı üslubu, öz fikirlərini aydın və səlis ifadə etməsi sayəsində kitabın tərtibatı işinin maraqlı və zövqlü olduğunu bildirib və Musa Əliyev kimi görkəmli alimin haqqında yazılan kitabın müəllifi olmaqdan böyük qürur hissi keçirdiyini vurğulayıb.
           ADA Universitetinin akademik işlər üzrə prorektoru, Dr. Vəfa Kazdal görkəmli alimin Elmlər Akademiyasının prezidenti kimi elmi işlərin təşkilində səmərəli və əvəzsiz xidmətlərindən söz açıb. Kitab haqqında təəssüratlarını bölüşən Dr. V.Kazdal akademikin elmlə yanaşı onun gündəliklərində təbliğ etdiyi humanist  və insani dəyərlərdən danışıb. 
             Musa Əliyev haqqında xatirələrini bölüşən akademikin nəvələri Nailə Əliyeva və Cəmilə Paşayeva-Seyidzadə belə bir təqdimat mərasimində olmaqdan məmnun olduqlarını bildirib və alimin öz dəsti-xətti ilə yazdığı gündəlikləri əsasında tərtib olunmuş kitabın böyük həyəcanla oxuduqlarını, hər sözün, hər cümlənin onlarda xoş xatirələr canlandırdığını qeyd ediblər.
          ADA Universitetinin rektoru, professor Hafiz Paşayev akademik Musa Əliyevin gündəliklərindəki qeydlərin alimin hər şeydən öncə böyük ürəyə malik alicənab, ədalətli, zəhmətkeş insan olduğunu nümayiş etdirdiyini söyləyib. O, akademik Musa Əliyevin geologiya elminə gətirdiyi yeniliklərin dünya geologiya elminə mühüm töhfə verdiyini qeyd edərək, onun elmi nailiyyətlərin böyük praktiki əhəmiyyət kəsb etdiyini vurğulayıb və əfsanəvi “Neft Daşları”nın ideya təşəbbüskarı olmasını qeyd edib. Prof. Hafiz Paşayev həyatı, əməlləri, elmi ilə ucalan böyük alimin ömür yoluna işıq tutan  yeni kitabın onilliklər, yüzilliklər sonra da gənc nəslin tərbiyəsi və təkmilləşməsi üçün gözəl nümunə olcağına ümidvar olduğunu deyib və kitabın daha geniş auditoriyaya çatdırılmasının, Azərbaycan dilinə tərcümə olunmasının vacibliyini  vurğulayıb.
 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO