22:32 – İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi - Fotolar
22:26 – Əcəmi Naxçıvaninin abidəsinin açılışı oldu - Fotolar
22:23 – Prezident Döyüş bayraqlarının verilməsi mərasimində - Video-Fotolar
19:45 – İlham Əliyev xanımı ilə DOST Mərkəzinin açılışında
Zakir Həsənov Kəlbəcərə gedib - VİDEO
6-08-2021, 10:59
313 dəfə baxılıb
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Kəlbəcər rayonu ərazisində inşası davam etdirilən təlim poliqonuna baxış keçirib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Məlumat verilib ki, təlim poliqonu çətin və yüksək dağlıq şəraitində yerləşən hərbi hissələrin şəxsi heyətinin peşəkar hazırlığının yüksəldilməsi məqsədilə hazırlanır. Qoşunların hazırlıq planına əsasən poliqonda ixtisaslı təlimatçılar tərəfindən döyüş şəraitinə tam uyğunlaşdırılmış, relyefin tələblərinə cavab verən təlim məşqləri həyata keçiriləcək.
Müxtəlif çaplı silahlardan təlim atəş çalışmalarının yerinə yetirilməsi və zirehli texnikanın təlim-məşq tapşırıqlarının icra olunması üçün inşa edilən poliqonda görülən işlərlə maraqlanan nazir müvafiq tapşırıqlar verib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: