sonnoqte.az
Xəbər başlıqları
  • 12:19 – İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi 
  • 12:04 – Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir 
  • 11:25 – Prezident müşavirə keçirdi - FOTOLAR 
  • 09:00 – Azərbaycanda Dövlət Suverenliyi Günüdür 

Sabah Türkiyə -Azərbaycan - Türkmənistan liderlərinin Zirvə toplantısı keçiriləcək

13-12-2022, 11:01 183 dəfə baxılıb

Sabah Türkiyə -Azərbaycan - Türkmənistan liderlərinin Zirvə toplantısı keçiriləcək


Dekabrın 14-də Türkmənistan prezidenti Serdar Berdiməhəmmədovun dəvəti ilə  Avazada Türkiyə-Azərbaycan-Türkmənistan prezidentlərinin birinci Zirvə görüşü keçiriləcək.

Türk mediası xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 13-14-də Zirvə görüşündə iştirak etmək üçün Türkmənistana səfər edəcək.
Zirvə görüşündə  Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edəcək.

Zirvə toplantısında üç dost və qardaş ölkə arasında bütün sahələrdə, xüsusilə ticarət, enerji və nəqliyyat sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində atılacaq addımlar müzakirə olunacaq və bu məqsədlə müxtəlif sazişlər imzalanacaq.

Toplantıda liderlər arasında ikitərəfli görüşlər də nəzərdə tutulur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO