sonnoqte.az
Xəbər başlıqları
  • 11:41 – Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi - Fotolar 
  • 14:16 – İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib - Tam mətn 
  • 09:11 – İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib 
  • 13:15 – Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı 

Şahbaz Şərif Trampa təşəkkür etdi: İkinci görüşdə "Sülh Sazişi" imzalana bilər

22-04-2026, 10:50 49 dəfə baxılıb

Şahbaz Şərif Trampa təşəkkür etdi: İkinci görüşdə "Sülh Sazişi" imzalana bilər


Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ Prezidenti Donald Trampa İranla əvvəlcədən razılaşdırılmış iki həftəlik atəşkəsin uzadılmasına görə təşəkkür edib.
 

Bu barədə Baş nazir Şahbaz Şərif  sosial media  hesabından paylaşım edib.

 "Öz adımdan və Pakistan Ordu Qərargah rəisi Asim Munir adından Prezident Trampa diplomatik səylərin davam etdirilməsinə imkan vermək üçün İranla atəşkəsin uzadılması xahişimizi nəzakətlə qəbul etdiyinə görə səmimi qəlbdən təşəkkür edirəm",- Baş nazir yazıb.
Pakistanın ona göstərilən etimada uyğun olaraq münaqişənin danışıqlar yolu ilə həlli üçün səylərini davam etdirəcəyini vurğulayan Şərif daah sonra qeyd edib: “Səmimiyyətlə ümid edirəm ki, hər iki tərəf atəşkəsi qoruyacaq və İslamabadda münaqişəyə davamlı son qoymaq üçün planlaşdırılan danışıqların ikinci mərhələsində hərtərəfli "Sülh Sazişi" imzalana bilər".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO