sonnoqte.az
Xəbər başlıqları
  • 09:13 – Azərbaycan prezidenti dünyanın ən nüfuzlu liderlərinin siyahısına əlavə edildi 
  • 10:20 – Prezident XIII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir - Yenilənib 
  • 09:40 – Prezident: Təhlükəsizlik, sabitlik bir nömrəli məsələ kimi qalmalıdır 
  • 09:37 – Prezident İlham Əliyev: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi aparıcı beynəlxalq təsisatlardan biridir 

Azərbaycanda Qurban bayramı qeyd olunur

6-06-2025, 09:00 50 dəfə baxılıb



Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur.

 Qurban bayramı və ya dini qurban kəsmə bayramı İslam dünyasında ən müqəddəs bayramlardan biri sayılır. 

Qurban bayramı bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır. Bu il müvafiq tarix miladi təqvimlə iyunun 6-na təsadüf edir.

Bu gün ölkənin bütün məscidlərində bayram namazı qılınır.

Bayram namazı Bakıda Əjdərbəy məscidində saat 08.00, Təzəpir məscidində isə 09.00-a təyin edilib.

Bu müqəddəs gündə müsəlmanlar Allaha olan sədaqətlərini nümayiş etdirmək üçün qurban kəsirlər. İnsanların birliyinə, bir-birinə qarşılıqlı hörmət etməsinə xidmət edən bu bayram ailə dəyərlərinin möhkəmlənməsində də əhəmiyyət daşıyır. İslam dininin qaydalarına görə, kəsilən qurbanlıq üç yerə bölünə bilər. Bu payların qurban kəsən şəxsin ailəsinə, yaxın qohumlarına və yoxsullara paylanması məsləhət görülür.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” qanuna əsasən, Qurban bayramı Azərbaycanda dövlət səviyyəsində bayram edilir.

Müqəddəs Qurban bayramı ölkəmizdə təşkil olunan müxtəlif mərasimlərlə qeyd olunur. Bu münasibətlə keçirilən müxtəlif xeyriyyə tədbirlərində adətən aztəminatlı ailələrə, məcburi köçkünlərə, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara, şəhid ailələrinə qurbanlıq əti və ərzaq məhsullarından ibarət bayram sovqatı paylanılır.

Qurban bayramınız mübarək olsun!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO