sonnoqte.az
Xəbər başlıqları
  • 12:18 – İlham Əliyev “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib - YENİLƏNİB 
  • 08:14 – Azərbaycan Polisi 106 yaşında - VİDEO 
  • 10:13 – Prezident Natiq Qasımovla bağlı paylaşım etdi - FOTO 
  • 08:16 – Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib 

Ülviyyə Əliyeva: Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən yeni nəsil və modern islahatlar strategiyası Azərbaycanın dinamik inkişafını təmin edən mühüm şərtlərdən biridir

8-02-2023, 11:56 149 dəfə baxılıb




Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladım. ALLAH faciə zamanı həlak olanlara rəhmət eləsin. Onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıram. ALLAHdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!

Ülviyyə Əliyeva: Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən yeni nəsil və modern islahatlar strategiyası Azərbaycanın dinamik inkişafını təmin edən mühüm şərtlərdən biridir


Lənkəran-Astara Regional Təhsil İdarəsinin Astara rayonu üzrə təhsil sektorunun müdiri Ülviyyə Əliyeva

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Lənkəran-Astara Regional Təhsil İdarəsinin Astara rayonu üzrə təhsil sektorunun müdiri Ülviyyə Əliyevanın keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Astara rayonu üzrə təhsil sektorunun müdiri Ülviyyə Əliyevadır.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin Astara rayonu üzrə təhsil sektorunun müdiri Ülviyyə Əliyeva qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Ülviyyə Əliyeva səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Astara rayonu üzrə təhsil sektorunun müdiri Ülviyyə Əliyevaya biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.


Lənkəran-Astara Regional Təhsil İdarəsinin Astara rayonu üzrə təhsil sektorunun müdiri Ülviyyə Əliyeva - Azərbaycan dünyaya öz töhfəsini verir. Azərbaycan istər enerji, istərsə də nəqliyyat-loqistika sahələrində həyata keçirdiyi uğurlu layihələr nəticəsində dünyada enerji və nəqliyyat mərkəzinə çevrilmişdir. Ölkəmiz qonşu Türkiyə və Gürcüstan da daxil olmaqla Şərqi və Mərkəzi Avropanın enerji təhlükəsizliyində çox əhəmiyyətli rol oynayır. Azərbaycanın həyata keçirdiyi beynəlxalq iqtisadi layihələr Avropa İttifaqı və ümumiyyətlə bütün dövlətlər tərəfindən yüksək səviyyədə dəstəklənir və ölkəmizi etibarlı tərəfdaş və dost dövlət adlandırırlar.

Artıq iki ildən çoxdur ki, Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazı Avropaya ixrac olunur və yaxın vaxtlarda ölkəmizdə istehsal olunacaq yaşıl enerji də Mərkəzi və Şərqi Avropa ölkələrinə də ixrac ediləcək. 

Prezident İlham Əliyev fevralın 3-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin birinci iclasında enerji istehsalı sahəsində Azərbaycanın ölkə daxilində və beynəlxalq səviyyədə həyata keçirtdiyi layihələr haqqında geniş məruzə ilə çıxış etdi.

Dünyada baş verən geosiyasi vəziyyət ilə əlaqədar bir çox Avropa dövlətləri öz enerji təhlükəsizlikləri məsələsinə böyük diqqət ayırırlar. Artıq enerji təhlükəsizliyi sözün həqiqi mənasında milli təhlükəsizlik məsələsinə çevrilmişdir. Azərbaycanda zəngin təbii qaz yataqlarının mövcudluğu Avropa ölkələrinə enerji hasilatının artırılmasına təminat verir. TANAP və TAP vasitəsilə Azərbaycan qazının Avropaya ixracının iki dəfə artırılması üçün Azərbaycan böyük imkanlara malikdir. Azərbaycanla Avropa Komissiyası arasında imzalanmış Anlaşma Memorandumu ixracın artırılmasını reallaşdıracaq.

Ölkəmizdə bərpa olunan enerji istehsalı istiqamətində böyük layihələr həyata keçirilir və bu sahədə işlər davam etdirilir.  Azərbaycanda günəş və külək elektrik stansiyalarının istifadəyə verilməsi üçün dünyanın nəhəng şirkətləri ilə böyük layihələr icra olunmaqdadır. Yaxın vaxtlarda ölkəmizdə istehsal olunan yaşıl enerji də Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək. Yaşıl enerjinin istehsal edilməsi və ixracı milyonlarla kubmetr qaza da qənaət etmiş olacaq. Azərbaycanın enerji sahəsində həyata keçirdiyi uğurlu layihələr və Avropanın enerji təhlükəsizliyində göstərdiyi səylər Avropa İttifaqı, ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənir, eləcə də investisiya və maliyyə imkanları da daxil olmaqla geniş əməkdaşlıq mövqeyi nümayiş  etdirilir. Azərbaycan həm təbii qaz, həm də bərpa olunan enerji istehsalı ilə bağlı həyata keçirəcəyi planları uğurlu şəkildə davam etdirəcək və dünyaya davamlı şəkildə öz töhfəsini verəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO