sonnoqte.az
Xəbər başlıqları
  • 10:21 – Prezident və birinci xanım Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər - FOTO 
  • 08:30 – Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım 
  • 12:22 – Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM 
  • 09:43 – İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər 

Vaqif Quliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir

21-09-2022, 09:30 407 dəfə baxılıb



LDU-da ilk dərslər “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub

Lənkəran Dövlət Universitetində yeni tədris ilinin ilk günü sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqsaylı təxribatın qarşısı alınarkən şəhid olan çoxsaylı hərbi qulluqçuların xatirəsi professor-müəllim-tələbə heyəti tərəfindən 1 dəqiqəlik sükutla yad edilib.
Bütün fakültələrdə ilk dərslər “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.
LDU-da ilk dərslər “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.





Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Lənkəran Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Quliyevin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Lənkəran Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Quliyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Vaqif Quliyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Lənkəran Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Quliyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Lənkəran Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Quliyevdir.

8 avqust 1960-ci ildə Lənkəran şəhərində anadan olmuşdur.1977-ci ildə Lənkəran şəhər 2 saylı məktəbini bitirmişdir.1982-ci ildə Rusiya Federasiyasının Vladimir şəhərində politexnik İnstitutunun “Maşınqayırma” fakültəsini bitirib.”Maşınqayırma” üzrə mühəndis ixtisasını alıb.1982-84-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olub.1985-ci ildə Lənkəran şəhər 113 saylı peşə məktəbində müəllim işləyib.1986-cı ildən 1990-cı ilə kimi Lənkəran şəhər Komsomol komitəsində şöbə müdiri vəzifəsində çalışıb.1990-cı ildən Lənkəran Rayon Aqrar Sənaye Birliyində və Lənkəran rayon çayçılıq İdarəsində texnoloq, mühəndis,təhlükəsizlik üzrə mühəndis vəzifələrində işləyib.2016-cı ildən Lənkəran Dövlət Universitetində mühəndis,2018-ci ildən Aqrar və mühəndislik fakültəsində müəllim kimi fəaliyyət göstərir.20 iyun 2018-ci ildə Lənkəran Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin sədri seçilmişdir.Ailəlidir.
Lənkəran Dövlət Universiteti Həmkarlar İttifaqının 1202 nəfər üzvü vardır , onlardan 284 nəfəri müəllim və texniki işçilər, 918 nəfəri tələbədir.
İnstitutda Tələbə Həmkarlar Komitəsi fəaliyyət göstərir.



Lənkəran Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Quliyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Vaqif Quliyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Vaqif Quliyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Vaqif Quliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Vaqif Quliyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Vaqif Quliyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Vaqif Quliyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Vaqif Quliyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Vaqif Quliyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Lənkəran Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin sədri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Vaqif Quliyev özünü doğruldub. Bizdə hörmətli Vaqif Quliyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO