sonnoqte.az
Xəbər başlıqları
  • 11:54 – Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər 
  • 21:33 – Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR 
  • 21:25 – Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ 
  • 14:30 – Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub 

Azər Dadaşov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır

28-10-2022, 10:22 297 dəfə baxılıb

Azər Dadaşov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Lənkəran şəhər Poçtun müdiri Azər Dadaşovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Lənkəran şəhər Poçtun müdiri Azər Dadaşov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Azər Dadaşov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Lənkəran şəhər Poçtun müdiri Azər Dadaşova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Lənkəran şəhər Poçtun müdiri Azər Dadaşovdur.

Lənkəran şəhər Poçtun müdiri Azər Dadaşov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Azər Dadaşov bu işin müqəddəsliyini qoruyub saxlayır. Azər Dadaşov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Azər Dadaşov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Azər Dadaşov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Azər Dadaşov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Qalib Abdullayevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Qalib Abdullayev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Azər Dadaşov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Azər Dadaşov özünü doğruldub. Bizdə hörmətli Azər Dadaşovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Lənkəran şəhər Poçtun müdiri Azər Dadaşov - Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan  2022-ci il oktyabrın 20-də  birgə tariximizin növbəti şanlı səhifəsini yazdılar. İşğaldan azad olunmuş  Qarabağ və Şərqi Zəngəzurda növbəti dəfə tarixi günlər yaşandı. Azərbaycan xalqı iki mühüm hadisəni birlikdə qeyd etdi. Həmin tarixli gün Zəngilan rayonunun işğaldan azad olunması ilə bərabər qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfəri və Zəngilan Beynəlxalq Hava Limanının açılışı bir sıra mühüm məqamlarla yadda qaldı. İki qardaş ölkənin liderləri Zəngilandan və Cəbrayıldan dünyaya mühüm mesajlar verdi.

Tarixi bir gündə Türkiyə Prezidentinin Azərbaycanda, Zəngilanda və Cəbrayılda olması xüsusi məna daşıyır. Bu baxımdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti səfəri tarixi önəm kəsb edir. Çünki bu səfər Azərbaycan-Türkiyə qardaşlığını təcəssüm etdirməklə yanaşı, eyni zamanda regionun gələcək inkişafında böyük əhəmiyyət kəsb edir. Tarixi türk torpağı olan Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi Azərbaycan qədər Türkiyənin də qələbəsidir və 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi mənəvi və siyasi dəstək bir daha bunu təsdiqləyir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi Türkiyə bizim əsas müttəfiqimizdir. Qardaşlığımız müharibədən sonra daha da güclənib. Böyük tarixi və siyasi əhəmiyyət daşıyan Şuşa Bəyannaməsi müttəfiqliyimizi daha yüksək mərhələyə qaldırıb. Bu nöqteyi-nəzərdən cənab Ərdoğanın Zəngilan Beynəlxalq Hava Limanının və digər infrastruktur obyektlərin açılışında iştirak etməsi ölkələrimiz arasında mövcud olan siyasi ittifaqın növbəti təzahürüdür. İnkar olunmaz faktdır ki, Türkiyə-Azərbaycan birliyi çox önəmli bir amildir və bu gün bu amil ilk öncə özündə region üçün sülh, sabitlik və davamlı inkişafı ehtiva edir.

Əlbəttə ki, bu günlər ərəfəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına səfərləri də böyük rəmzi məna daşıyırdı. Səfər çərçivəsində bir çox mühüm obyektlərin təməllərinin qoyulması, yeni tikililərin, o cümlədən Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 14.2 km-lik Şükürbəyli-Cəbrayıl yolunun açılışı mühüm önəm kəsb edirdi. Şübhəsiz ki, bu bölgədə abadlıq-quruculuq işlərinin aparılması üçün bu yolun strateji əhəmiyyəti çox böyükdür.

Bundan başqa Cəbrayıl rayonu ərazisində “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq meşəsi” Kompleksinin layihəsi ilə yerindəcə tanışlıq və digər layihələrin reallaşdırılması Azərbaycan hökumətinin işğaldan azad olunmuş bölgələrdə planların geniş və yüksək miqyası əhatə etdiyinin sübutudur. 30 illik işğal dönəmində düşmənin  viran  qoyduğu, məhv etdiyi  ərazilərdə Prezident İlham Əliyevin rəhbərliyi altında görülən işlər xalqın və dövlətin bu bölgənin inkişafını əsas hədəf kimi qarşıya məqsəd qoyduğunu göstərir. Eyni zamanda Prezidentin məlum səfəri zamanı Cəbrayıl Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin, “Cəbrayıl” Qovşaq Yarımstansiyasının, həmçinin Qubadlı rayonunda “Bərgüşadçay” və “Zabuxçay” Su anbarlarının tikinti işləri tanışlığı, Qubadlı Elektrik Rəqəmsal İdarəetmə Mərkəzinin təməlinin qoyulması Azərbaycanın bölgədə həyatın bərpa olunması, yeni axara düşməsi üçün atdığı mühüm addımların göstəricisidir.

Bununla yanaşı dövlətimizin başçısının və birinci xanım Mehriban Əliyevanın Ağalı kənd orta məktəbinin şağird-müəllim kollektivi və sakinlərlə görüşü, Arximed turbini tipli Su Elektrik Stansiyasını işə salması, Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanışlıq, ilk yaşayış binasının və məktəbin təməlqoyma mərasimlərində iştirakları azadlıq həyatı yaşayan Zəngilanda xüsusi bayram əhval-ruhiyyəsi yaratdı.

Açılış mərasimlərində isə Azərbaycan və Türkiyə liderlərinin qardaşlıq münasibətləri və verdiyi mesajlar bir daha onu nümayiş etdirdi ki, işğaldan azad olunan ərazilərin qısa müddətdə bütövlükdə bölgənin ən inkişaf etmiş yaşayış məskəninə çevrilməsi güc və qüdrətimizin məntiqi göstəricisidir.

Bütün bunlar isə bir daha göstərir ki, Azərbaycan və Türkiyə bundan sonra da hər zaman bir yerdə olacaq və bir-birinin təhlükəsizliyini təmin edəcəkdir. Bu isə eyni zamanda bütün Cənubi Qafqazda sülhə və təhülkəsizliyə böyük bir zəmanətdir.

Beləliklə, dostluq, qardaşlıq nümunəsi göstərən dövlət başçıları Şərqi Zəngəzurda yeni tarix yazmaqla bərabər həm də Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının sarsılmaz və əbədi olduğunu bir daha bütün dünyaya nümayiş etdirdilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO