sonnoqte.az
Xəbər başlıqları
  • 09:41 – “Biz neft və qaz sahəsində hər şeyi başdan-ayağa bilirik” 
  • 08:33 – Prezident və xanımının Nəbatat Bağı gəzintisindən görüntülər - VİDEO 
  • 13:14 – İlham Əliyev və birinci xanım Nəbatat Bağında görülən işlərlə tanış olublar 
  • 09:59 – Prezident: "Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qısa zaman ərzində yüksək nüfuz və etimad qazanıb" 

Eldəniz Rzayev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

2-08-2023, 14:07 95 dəfə baxılıb


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Aqrolizinq” ASC-nin Salyan filialının direktoru Eldəniz Rzayevin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Aqrolizinq” ASC-nin Salyan filialının direktoru Eldəniz Rzayev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Eldəniz Rzayevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Eldəniz Rzayev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Aqrolizinq” ASC-nin Salyan filialının direktoru Eldəniz Rzayevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Aqrolizinq” ASC-nin Salyan filialının direktoru Eldəniz Rzayevdir.

Eldəniz Rzayev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Eldəniz Rzayev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Eldəniz Rzayev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Eldəniz Rzayev özünü doğruldub. Bizdə hörmətli Eldəniz Rzayevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.


  • Məhsuldarlığın artırılması üçün kənd təsərrüfatı istehsalçılarının əkinçilikdə tələb olunan mineral gübrələrlə təmin edilməsi;
  • Kənd təsərrüfatı istehsalçılarının zəruri və müasir kənd təsərrüfatı texnikası ilə təchizatının yaxşılaşdırılması;
  • Fermerlərin keyfiyyətli məhsul yetişdirməsini və onun itkisiz yığılmasını təmin edərək, davamlı iqtisadi inkişafa nail olunması;
  • Məhsul və xidmət səviyyəsinin keyfiyyətini yüksək tutaraq, vətəndaş məmnuniyyətinə önəm verilməsi.
        "Aqroservis" ASC sertifikatlaşdırma üzrə dünyanın aparıcı şirkətlərindən biri olan DNV tərəfindən idarə etmə üzrə İSO 9001:2015 keyfiyyət sertifikatına layiq görülüb.
      “Aqroservis” ASC idarəçiliyin elektronlaşdırılması, innovasiyaların tətbiqi, aqrotexniki xidmətlərin təşkili sahəsi və fermerlerə göstərilən xidmətləri təkmilləşdirdiyi və qlobal keyfiyyət standartlarına uyğunlaşdırdığı üçün bu sertifikatı əldə edib.
       ISO 9001:2015 sertifikatına sahib olmaq “Aqroservis” ASC-nin davamlı olaraq yüksək standartların tətbiqində maraqlı olmasının göstəricisidir. Bu sertifikat “Aqroservis” ASC-nin fəaliyyətinin İSO 9001:2015 keyfiyyətli idarəetmə sisteminin standartlarına uyğun olduğunu təsdiq edir. Həmçinin, ISO 9001:2015 sertifikatı ASC-nin əsas fəaliyyəti olan kənd təsərrüfatı texnikası, texnoloji avadanlıqlar o cümlədən suvarma sistemi avadanlıqları, aqrokimyəvi maddələr, bitki mühafizə vasitələri, sertifikatlı toxumlar və tinglərin satışı, aqrotexniki xidmətlərin göstərilməsi və təşkilini sahəsində xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsinə zəmin formalaşdırır. 

Məqsədimiz, düzgün və səmərəli idarəçilik (şəffaflıq, səmərəlilik, hesabatlılıq), kəndli və fermerlərə yaxınlıq, innovasiyaların tətbiqinin əsas götürüldüyü fəaliyyət prinsiplərinə əsaslanaraq, ölkəmizdə aqrar sahədə  etibarlı qurum olmaqdır.

Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il 23 oktyabr tarixli 468 nömrəli Sərəncamına əsasən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır.
 Səhmlərinin nəzarət zərfi 100 faiz dövlətə məxsus olan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti yarandığı vaxt onun fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi həyata keçirmişdir.
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin idarəçiliyinə verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin  2009-cu il 21 iyul tarixli 392 nömrəli Sərəncamına əsasən  “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin idarəçiliyinə verilmişdir.
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti yaradılarkən əsas məqsəd aqrar bölmənin müasir texnika ilə təchizatı məsələlərinin çevik şəkildə tənzimlənməsini təmin etmək olmuşdur. Sonradan Azərbaycan Respublikası Prezidentinin 2007- 2009-cu illərdə imzaladığı müvafiq sərəncamlara əsasən onun fəaliyyət istiqamətləri daha da genişləndirilmişdir.
 Belə ki, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin əsas fəaliyyət istiqaməti dövlət büdcəsindən bu məqsəd üçün ayrılan vəsait hesabına alınan kənd təsərrüfatı texnikasının, texnoloji avadanlıqların lizinq yolu ilə hüquqi və fiziki şəxslərə icarəyə verilməsinin və ya satılmasının və onlara texniki servis xidməti göstərilməsinin, habelə dövlət büdcəsindən ayrılan vəsait hesabına alınan pestisidlərin və aqrokimyəvi maddələrin satılmasının həyata keçirilməsindən ibarət olmuşdur.
"Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının, texnoloji avadanlıqların, damazlıq heyvanların hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması, eləcı də mineral gübrə və pestisidlərin satışı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarıı ilə təsdiq edilmiş qaydalara əsasən həyata keçirilmişdir.
Kənd təsərrüfatı məhsulları istehsalçılarına aqrotexniki xidmətlər göstərilməsi məqsədilə 2005-ci il 22 noyabr tarixində təsdiq edilmiş “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin regional bazalar haqqında əsasnamə”yə uyğun olaraq 9 təchizat bazasının tərkibində “Aqroservis“ şəbəkələri yaradılmışdır.


Azərbaycan Respublikası İqdisadi İnkişaf Nazirliyinin 2006-cı il 8 iyul tarixli 331 nömrəli əmri ilə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının 61 rayonunda təsərrüfat hesablı aqroservis filialları fəaliy­yətə başlamışdır.
Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə göstərilən aqroservis xidmətlərinin fəaliyyət dairəsinin genişləndirilməsində, Səhmdar Cəmiyyətin Bakı Mərkəzi Təchizat bazasının və regionlarda fəaliyyət göstərən Gəncə, Şirvan, Ucar, Xaçmaz rayonlararası təchizat bazalarının böyük rolu olmuşdur. Hal-hazırda Gəncə, Şirvan, Ucar təchizat bazaları “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Respublikaya gətirilən kombaynların, traktorların, ekskavatorların və digər kənd təsərrüfatı texnikalarının yerləşdirilməsini, komplektləşdirilməsini, satış qabağı hazırlığın aparılmasını və satışını həyata keçirir.
2008-ci ildə Şəki və Sabirabad logistik gübrə bazaları,  2009-cu ildə Şəmkir və Xaçmaz logistik gübrə bazaları, 2010-cu ildə isə Cəlilabad və Bərdə logistik gübrə bazaları yaradılmışdır.
     
"Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2020-ci il 17 avqust tarixli 1137 nömrəli Fərmanına əsasən Cəmiyyətin adı dəyişdirilərək "Aqroservis" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır.
  • Fərmana əsasən “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti kənd təsərrüfatı məhsulları istehsalçılarının, lizinq yolu ilə satılması istisna olmaqla, qanunla müəyyən edilmiş qaydada kənd təsərrüfatı istehsal vasitələri (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, o cümlədən suvarma sistemləri dəsti və avadanlığı, aqrokimyəvi maddələr, bitki mühafizəsi vasitələri, sertifikatlı toxum və ting) ilə təmin edilməsini, aqrotexniki xidmətlər göstərilməsini və bu sahədə fəaliyyətin təşkilini həyata keçirən kommersiya hüquqi şəxsidir.
  • Fərmana əsasən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO