sonnoqte.az
Xəbər başlıqları
  • 10:13 – Prezident Natiq Qasımovla bağlı paylaşım etdi - FOTO 
  • 20:58 – Prezident İlham Əliyev hərbi qulluqçuları təltif edib 
  • 14:26 – Dövlət qulluqçuları təltif edilib - SƏRƏNCAM 
  • 14:26 – Dövlət qulluqçuları təltif edilib - SƏRƏNCAM 

“Lukoil”a məxsus neftayırma zavoduna dron hücumu olub

20-06-2024, 09:47 10 dəfə baxılıb

“Lukoil”a məxsus neftayırma zavoduna dron hücumu olub



Rusiyanın Krasnodar diyarındakı neftayırma zavoduna dron hücumu yanğınla nəticələnib.

Bu barədə “Baza” məlumat yayıb.

“Şahidlər Krasnodar diyarında Afipski neftayırma zavoduna dron hücumu barədə məlumat verirlər”, – teleqram kanal diqqətə çatdırıb.

Bildirilib ki, hücum yerli vaxtla səhər 02:30 (Bakı vaxtı ilə 03:30) radələrində başlanıb: “İlkin məlumatlara görə, dronlar sıradan çıxarılıb və vurulub, lakin PUA-lardan birinin parçaları çənə düşüb, bundan sonra yanğın başlayıb”.

“Baza” nəşri neftayırma zavodunun “Lukoil” şirkətinə məxsus olduğunu da müəyyənləşdirib. Rəsmilər hələlik hadisəni şərh etməyiblər.

Digər hücum isə regionun Kubandakı Slavyansk şəhərinə edilib.

“Dron fərdi evə düşərək onu tamamilə dağıdıb. Təəssüf ki, rayonun qadın sakini həlak olub”, – diyarın qubernatoru Veniamin Kondratyev öz teleqram kanalında yazıb.

Xatırladaq ki, mayın 19-da Slavyansk neftayırma zavoduna (“Slavyansk EKO” MMC) dron hücumundan sonra müəssisə fəaliyyətini dayandırmışdı.

Daha əvvəl “Politico” nəşri Ukrayna dronlarının Rusiyanın dərinliklərinə endirdiyi zərbələr nəticəsində “dünyanın ən böyük neft ölkəsinin benzinsiz qaldığı” barədə yazmışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO