sonnoqte.az
Xəbər başlıqları
  • 09:41 – “Biz neft və qaz sahəsində hər şeyi başdan-ayağa bilirik” 
  • 08:33 – Prezident və xanımının Nəbatat Bağı gəzintisindən görüntülər - VİDEO 
  • 13:14 – İlham Əliyev və birinci xanım Nəbatat Bağında görülən işlərlə tanış olublar 
  • 09:59 – Prezident: "Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qısa zaman ərzində yüksək nüfuz və etimad qazanıb" 

ATEF Şirkətlər Qrupu Azərbaycanda və onun hüdudlarından kənarda enerji sənayesi üçün elektrik avadanlıqlarının istehsalı və quraşdırılması sahəsində zəngin tarixə malikdir

20-05-2024, 13:33 45 dəfə baxılıb



Hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də “ATEF Şirkətlər Qrupu” MMC-nin rəhbəri Azər Əlixanbəyovdur.

“ATEF Şirkətlər Qrupu” MMC-nin rəhbəri Azər Əlixanbəyov fəaliyyəti hər zaman göz önündə olub və geniş ictimaiyyət tərəfindən də daim qiymətləndirilib. Hal-hazırda bölgə sakinlərinin tam əksəriyyət “ATEF Şirkətlər Qrupu” MMC-nin rəhbəri Azər Əlixanbəyovun qürurlu adı ilə öyünür, onunla iftixar hissi də keçirirlər. Çünki, bu şəxs indiyə qədər xeyirxah əməlləri, atdıgı addımları ilə yaşadığı ömür yollarında elə bir iz buraxıb ki, həmin iz müasir dövrümüzün bugünkü tarixinə birdəfəlik həkk olunub. Bəli, bu gün də o, hər kəs üçün əzizidir, hər kəsin rəğbət bəslədiyi, hörmət göstərdiyi ləyaqətli vətən övladıdır. Belə bir səbəbdəndir ki, vətənimizin sayılıb–seçilən övladlarından biri olan Azər Əlixanbəyovun adı el-oba arasında dillər əzbəridir. Gənc yaşlarından halal zəhmətlə çörək qazanmağa çalışan, özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin ən ülvi amallar uğrunda yorulmadan çalışması, məhz Azər Əlixanbəyovun kamil bir şəxs olmasından xəbər verir. Bundan əlavə, bu şəxsin heç bir təmənna, hansısa maraq və məqsəd güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması da, məhz hər kəsə bəlli olan həqiqətlərdir. Bundan əlavə, hal-hazırda Azər Əlixanbəyov bu gün də ölkə rəhbərinin yürütdüyü daxili iqtisadi siyasətə lazımınca dəstəyini ifadə edir. Unutmaq olmaz ki, bu şəxs Vətən müharibəsinin davam etdiyi vaxtlarda şəhid ailələrinə baş çəkmiş, şəhidlərin hüzr mərasimlərində iştirak etmiş, imkan daxilində onların ailələrinə, yaralı əsgər və zabitlərimizə, imkansız ailələrə, xəstələrə, yaşlı nəslin nümayəndələrinə və s. müəyyən köməkliyini göstərmişdir. Bu gün də onun şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına, aztəminatlı ailələrə və digər imtiyaz sahibi olanlara göstərdiyi diqqət və qayğı hər kəs tərəfindən qiymətləndirilir. Belə bir səbəbdəndir ki, Azər Əlixanbəyov bu yöndə atdığı hər addım, ortaya qoyduğu yanaşma və s. geniş ictimaiyyət tərəfindən hər zaman qiymətləndirilir.

ATEF Şirkətlər Qrupu Azərbaycanda və onun hüdudlarından kənarda enerji sənayesi üçün elektrik avadanlıqlarının istehsalı və quraşdırılması sahəsində zəngin tarixə malikdir.

1961-ci ildə Bakıda ilk transformator zavodumuzun fəaliyyətə başladığı gündən etibarən, əsas məqsədimiz premium keyfiyyətli, etibarlı məhsullar istehsal etmək olub. Bu iş prinsipi bu gün də ATEF Şirkətlər Qrupunun biznes-modelində prioritet olaraq qalır.

Şirkətimiz uzun illər qlobal enerji sənayesinin ən yüksək standartlarına cavab vermək üçün doqquz regional zavodunda yeni tədqiqat və istehsal sahələrinə, eləcə də müasir texnologiyalara sərmayə qoyub. Şirkətin nəzdində həmçinin layihə-konstruktor bürosu, tikinti-quraşdırma, eləcə də mexanizasiya və nəqliyyat idarələri də fəaliyyət göstərir. Biz texnoloji istehsal proseslərini daim təkmilləşdirməklə yanaşı, səriştəli və peşəkar kadrların hazırlanmasına da böyük önəm veririk.

ATEF hazırda dünya səviyyəli güc transformatorlarının və geniş çeşidli digər elektrik avadanlıqlarının nəhəng istehsalçısıdır. Bu gün enerji, dəmir yolu və neft-qaz sektorları da daxil olmaqla, onlarla sahədə xidmət göstərmək iqtidarındayıq.

Ötən müddət ərzində əhəmiyyətli dərəcədə böyüməyimiz, dəyişən qlobal enerji bazarındakı prosesləri yaxşı dərk etməyimizin,  yeniliklərə təşəbbüs göstərməyimizin və dəyərli tərəfdaşlarımızla möhkəm əlaqələr qurmağımızın sübutudur.

ATEF Şirkətlər Qrupunun əsas vəzifəsi sifarişçilərin tələbatlarını anlamaq və onlara ən qabaqcıl həllər təqdim etməkdir.  Sizi yüksək səviyyəli müasir elektrik avadanlıqları və quraşdırma ehtiyaclarını qarşılamaq üçün artıq ATEF-i seçmiş dünyanın yüzlərlə şirkətinə qoşulmağa dəvət edirik və səbirsizliklə öz təcrübəmizi nümayiş etmək imkanını gözləyirik.

İRİ QABARİTLİ TRANSFORMATORLAR ZAVODU



Rəsmi açılışı 2016-cı ildə reallaşan müəssisə gücü 800 MVA qədər 525 kV gərginlik səviyyəsinə malik yüksək keyfiyyətli güc transformatorlarının kütləvi istehsalı üçün nəzərdə tutulub.

Zavod SAGMA, GEORG və HEDRIC kimi aparıcı şirkətlərin müasir avadanlıq və istehsalat xətləri ilə təchiz edilib. İstehsalat sahələrində 300 tona qədər yük götürmə qabiliyyətinə malik DEMAG körpü kranları, həmçinin 500 tona qədər ağırlığı olan hissələri daşıya bilən hava yastıqları quraşdırılıb.

Əsas istehsal üçün nəzərdə tutulmuş texnoloji xətlərlə yanaşı, zavodda quraşdırılmış avtomatik rejimdə işləyən vakuum sobaları sarğıların ön qurutma və sıxışdırma (sarğı boylarının tənzimlənməsi) prosesini sürətləndirir və izolyasiya müqavimətinin də effektiv şəkildə artmasına kömək edir.

Transformatorların aktiv hissələrini qurutmaq istifadə edilən solvent buxarlı güclü vakuum sobaları qurutma müddətinin əhəmiyyətli dərəcədə azalmasına və məhsulun keyfiyyətinin daha da yüksəlməsinə imkan verir.

Zavodda iri qabaritli güc transformatorlarından əlavə, 110 kV-dan 220 kV-a qədər dəyişən cərəyan və gərginlik ölçü transformatorlarının istehsalı da həyata keçirilir. Almaniyanın HIGH VOLT firmasının avadanlıqları ilə təchiz edilmiş müasir sınaq laboratoriyası bütün lazımi testləri yüksək dəqiqliklə aparmağa imkan verir və nəticədə məhsulların bütün parametrlərinin standartlara uyğunluğunu təmin edir.





ATEF ELEKTROMAŞ ZAVODU



ATEF Elektromaş Zavodu tarixi köklərə və böyük istehsal ənənələrinə malik bir müəssisədir. İşə Bakı Mayesiz Transformatorlar Zavodu adı altında başlayan zavodun əsası 1961-ci ildə qoyulub.

1992-ci ildə SSRİ-nin süqutundan sonra istehsal prosesi bərpa olunub. Müəssisə 2003-cü ildə modernləşdirilib və ATEF Elektromaş Zavodu adını alıb.

Müəssisə yağlı və quru tip paylayıcı transformatorların, komplekt transformator yarımstansiyalarının (KTP), eləcə də dəmir yolu kontakt şəbəkəsi detallarının və s. məhsulların istehsalı üzrə ixtisaslaşıb.

Zavodda yekun məhsulların komponentlərinin hazırlanması üçün bir sıra vacib sex və istehsalat sahələri mövcuddur. Müəssisədə transformatorların beynəlxalq standartlara uyğun test edilməsi üçün sınaq laboratoriyası da var.

Burada fəaliyyət göstərən tekstolit materialın istehsalı, rezin məmulatları istehsalı, boya istehsalı, elektroliz üsulu ilə sinkləmə və qablaşdırma sexləri, eləcə də metal konstruksiya və alət sahələri kimi bölmələr əsas məhsulun istehsal müddətini və komponentlərin daşınma xərclərini azaltmağa imkan yaradır.





ATEF TRANSFORMATORLAR ZAVODU


ATEF Transformator Zavodu şirkətin öz vəsaiti hesabına tikilib və 2007-ci ildə istismara verilib. Bir növ inteqrasiya olunmuş istehsal sahəsi olan müəssisə komplekt paylayıcı qurğular, güc və paylayıcı transformatorlar kimi mürəkkəb məhsullar üçün komponentlərin istehsalı üzrə ixtisaslaşıb.

Məhsul çeşidləri:

Komplekt paylayıcı qurğular - KRU (0,4 kV; 10 (6) kV; 35 kV gərginlikli)

Dəmir yollarının elektrikləşdirilməsi üçün 27,5 kV paylayıcı qurğular

Metro üçün 825 V DC və dəmir yolu üçün 3300 V DC paylayıcı qurğular

Sabit cərəyan düzləndiriciləri

Reaktiv güc kompensatorları

Transformatorun neytralının torpaqlama müqaviməti

Mühafizə və idarəetmə panelləri

SCADA sistemləri

Dərinlik nasoslarının idarəetmə stansiyaları

Yüksək gərginlik məhdudlaşdırıcıları

Ölçü transformatorları

Epoksid və polimer izolyatorlar

Sarğı naqilləri və ötürücü şinlər

Yağli tip transformator üçün qofralı çənlər

Güc transformatorları üçün radiatorlar

Orta ağırlıqlı sadə metal konstruksiyalar

Dəmir yolu kontakt şəbəkəsi detalları

Yüksək gərginlikli elektrik hava xətləri (EHX) armaturları

Modul tipli binalar və s.





YÜKSƏK GƏRGİNLİKLİ AVADANLIQLAR ZAVODU

ATEF Şirkətlər Qrupunun  ən müasir müəssisələrindən biri olan Yüksək Gərginlikli Avadanlıqlar Zavodunun rəsmi açılışı 2018-ci ildə baş tutub.

Müəssisə dəmir yolu, metro və enerji sektorları da daxil olmaqla, bir sıra sahələr üçün geniş çeşidli kommutasiya avadanlıqları istehsal edir:

Gərginliyi 330 kV-ya, cərəyanı 3200 A qədər olan, stasionar və hərəkətli vakuum açarları

Gərginliyi 330 kV-ya, cərəyanı 3200 A qədər olan eleqaz (SF6) açarları

Gərginliyi 330 kV-ya, cərəyanı 3200 A qədər xarici tip ayırıcılar elektrik və mexaniki intiqallı. Ayırıcıların dayaq izolyatorları müştəri tələbinə uyğun olaraq keramik və ya polimer ola bilər

Dönər ayırıcılar (daxili quraşdırma üçün, mexaniki kilidləməli)

Qısaqapayıcılar (yüksək gərginlikli güc transformatorlarının neytralının torpaqlaması üçün)

Dəyişən və sabit cərəyan dövrələri (AC, DC) üçün qısaqapayıcılar

Ayırıcıların və torpaqlayıcıların idarəetmə şkafları


Bütün məhsullar sifarişçiyə göndərilmədən öncə beynəlxalq standartlara uyğun mexaniki və elektrik sınaqlarından keçir.




METAL KONSTRUKSİYA ZAVODU


2011-ci ildə fəaliyyətə başlayan Metal Konstruksiya Zavodu ATEF Şirkətlər Qrupunun öz vəsaiti hesabına inşa edilib.

Müəssisədə quraşdırılan ən müasir texnoloji xətlər və avadanlıqlar metalların hər növ emalı üçün, o cümlədən, düz və həcmli hissələrin plazma kəsimi, mişarlama, doğrama, deşmə, avtomat və yarımavtomatik rejimlərdə qoruyucu qaz altında qaynağı kimi geniş çeşidli texnoloji əməliyyatlar aparmağa imkan verir.

Bu tip avadanlıqlar sırasına aşağıdakılar aiddir:

Metalların ilkin təmizlənməsi üçün yüksək təzyiqli qumlama xətti

Beş başlıqlı qazla kəsmə avadanlığı (100 mm qalınlığa qədər)

Dvutavr, şveller və künclüklərin avtomatik qaynaq xətləri

U profil (şveller) əymə xətti

Z profillərinin istehsalı xətti

EHX dirəkləri üçün avtomatik kəsmə-deşmə xətti

Diametri 650 mm qədər olan boruların fiqurlu kəsilməsi üçün avadanlıq

Lazer kəsimi

Plazma kəsimi

Gilyotin qayçı

Koordinatlı deşmə dəzgahı

Əymə dəzgahı

Qumlama və rəngləmə kabinələri və s.


Metal Konstruksiya zavodunun əsas üstünlüklərindən biri də  müəssisədə uzunluğu 14 m-ə qədər olan qaynar sinkləmə xəttinin olmasıdır.









Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO