sonnoqte.az
Xəbər başlıqları
  • 13:17 – Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələri ilə bağlı qaydalar təsdiqləndi 
  • 09:13 – Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib 
  • 09:00 – Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 4 il ötür 
  • 16:33 – Prezident müşavirə keçirdi - FOTO - YENİLƏNİB 

Bayram Hacıyev: Biz sülhə doğru gedirik

6-05-2024, 10:45 63 dəfə baxılıb

Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib YENİLƏNİB-2 VİDEO -  AZƏRTAC

Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də Azad Həmkarlar İttifaqı Gəncə şəhər komitəsinin sədri Bayram Hacıyevdir.

 Unutmaq olmaz ki, Azad Həmkarlar İttifaqı Gəncə şəhər komitəsinin sədri Bayram Hacıyev fəaliyyəti hər zaman göz önündə olub və geniş ictimaiyyət tərəfindən də daim qiymətləndirilib. Hal-hazırda bölgə sakinlərinin tam əksəriyyət Azad Həmkarlar İttifaqı Gəncə şəhər komitəsinin sədri Bayram Hacıyevin qürurlu adı ilə öyünür, onunla iftixar hissi də keçirirlər. Çünki, bu şəxs indiyə qədər xeyirxah əməlləri, atdıgı addımları ilə yaşadığı ömür yollarında elə bir iz buraxıb ki, həmin iz müasir dövrümüzün bugünkü tarixinə birdəfəlik həkk olunub. Bəli, bu gün də o, hər kəs üçün əzizidir, hər kəsin rəğbət bəslədiyi, hörmət göstərdiyi ləyaqətli vətən övladıdır. Belə bir səbəbdəndir ki, vətənimizin sayılıb–seçilən övladlarından biri olan Bayram Hacıyevin adı el-oba arasında dillər əzbəridir. Gənc yaşlarından halal zəhmətlə çörək qazanmağa çalışan, özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin ən ülvi amallar uğrunda yorulmadan çalışması, məhz Bayram Hacıyevin kamil bir şəxs olmasından xəbər verir. Bundan əlavə, bu şəxsin heç bir təmənna, hansısa maraq və məqsəd güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması da, məhz hər kəsə bəlli olan həqiqətlərdir. Bundan əlavə, hal-hazırda Bayram Hacıyev bu gün də ölkə rəhbərinin yürütdüyü daxili iqtisadi siyasətə lazımınca dəstəyini ifadə edir. Unutmaq olmaz ki, bu şəxs Vətən müharibəsinin davam etdiyi vaxtlarda şəhid ailələrinə baş çəkmiş, şəhidlərin hüzr mərasimlərində iştirak etmiş, imkan daxilində onların ailələrinə, yaralı əsgər və zabitlərimizə, imkansız ailələrə, xəstələrə, yaşlı nəslin nümayəndələrinə və s. müəyyən köməkliyini göstərmişdir. Bu gün də onun şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına, aztəminatlı ailələrə və digər imtiyaz sahibi olanlara göstərdiyi diqqət və qayğı hər kəs tərəfindən qiymətləndirilir. Belə bir səbəbdəndir ki, Bayram Hacıyev bu yöndə atdığı hər addım, ortaya qoyduğu yanaşma və s. geniş ictimaiyyət tərəfindən hər zaman qiymətləndirilir.


Azad Həmkarlar İttifaqı Gəncə şəhər komitəsinin sədri Bayram Hacıyev - Hər bir beynəlxalq əhəmiyyətli tədbir ev sahibliyi edən ölkə ilə yanaşı, digər iştirakçı dövlətlərin də malik olduqları imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Bu tədbirlər, həmçinin tarixi həqiqətlərimizin, mövcud reallıqların dünya ictimaiyyətinə çatdırılmasında yardımçıdır. Dünyanın 100-dən çox  ölkəsindən  700  qonağın iştirak etdiyi  VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda dövlət başçısı İlham Əliyev günümüzün əsas reallıqları barədə tədbir iştirakçılarına geniş məlumat verərək hədəflərə nail olmaq üçün birgə səylərin göstərilməsinin, qarşılıqlı etimadın və birliyin rolunu xüsusi vurğuladı.
Forumun mövzusu özündə bütün məqamları ehtiva edir. “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” sülhə və təhlükəsizliyə nail olmağın yollarını açıqladı və geniş müzakirələrə imkan yaratdı. Əsas məqsədlərimiz dialoq vasitəsilə sülhü təşviq etmək, qlobal təhlükəsizliyi gücləndirmək və əməkdaşlığı möhkəmləndirməkdir. Forumun məqsədi yeni siyasət, sənədlər və razılaşmalar formalaşdırmaqdır və onlar təxirəsalınmaz məsələlərdə dünya hökumətlərinə təsir göstərmək qüvvəsinə malik olacaq.
Azərbaycan zəngin mədəniyyəti, etnik və dini müxtəlifliyi, tolerantlığın tarixi ilə öz mədəniyyətini dünya üçün ümid məşəli kimi ürəkdən təklif edir. Cənubi Qafqazda onilliklərlə sürən münaqişədən sonra Böyük Qayıdış reallaşır, sülhə, təhlükəsizliyə və firavanlığa yol açan Azərbaycanın suveren milli sərhədləri bərpa olunur. Qanuni yolla ərazinin uğurla azad olunması və münaqişənin beynəlxalq hüquqa uyğun həllindən sonra ədalət nəhayət ki, zəfər çalır.
Azərbaycan uzun illər ərzində münaqişənin sülh yolu ilə həllini tapmaq üçün fəaliyyət göstərdi. Cənab İlham Əliyev onu da vurğuladı ki, bütün əvvəlki dialoq forumlarında işğal və ədalətsizlik haqqında danışıb və bildirib ki, insanlar bundan əziyyət çəkiblər: “Bizim beynəlxalq səviyyədə tanınmış ərazimizin 20 faizi demək olar ki, müstəqilliyin ilk illərindən 2020-ci ilədək işğal altında qalıb və bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün olub, biz etnik təmizləməyə məruz qalmışıq. Bu, Qarabağda və Şərqi Zəngəzurda baş verib. Burada tamamilə yerlə-yeksan olunan sahələri görmüşük. İndi biz azad edilmiş ərazilərə daxil olanda bunu öz gözlərimizlə görürük.”
30 illik işğal dövründə bütün beynəlxalq təşkilatlar qətnamələr və qərarlar qəbul etdi və orada erməni qüvvələrinin çıxarılması tələb olunurdu. O cümlədən BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etdi. Amma bu, işləmədi. Çünki implementasiya mexanizmi yox idi. Həmin qətnamələri qəbul edənlər sənədlərin icrası üçün heç bir şey etmədilər.  Dövlətimizin başçısı bilşdirdi: “Biz sülhə müharibə yolu ilə nail olmalı idik və 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin böyük hissəsini azad etdik. Ötən ilin sentyabr ayında isə biz öz ərazi bütövlüyümüzü, suverenliyimizi tam şəkildə bərpa etdik. İndi isə biz münaqişədən sonrakı vəziyyətdəyik. Münaqişədən sonrakı vəziyyətə gəldikdə, bir daha deyirəm, Azərbaycan çox fəal çalışır, Azərbaycan məhz Ermənistana sülh sazişi ilə bağlı danışıqlara başlamaq təşəbbüsünü irəli sürdü. Azərbaycan məhz o ölkədir ki, baza prinsiplərini, hətta sülh sazişinin layihəsini hazırladı.”
Müharibədən sonrakı mərhələdəyik. Azərbaycan Ermənistana sülh müqaviləsinin imzalanmasını təklif etdi. Hazırda sülhə doğru gedirik.  Regionda sülhün, təhlükəsizliyintəmin edilməsi yeni əməkdaşlıq formatlarının yaradılmasına stimul olacaq. Azərbaycan hər zaman sülhün, təhlükəsizliyin, əməkdaşlığın tərəfdarı kimi çıxış edir. Ölkəmizin tarixi Zəfərindən bugünədək qazandığı uğurların xronologiyasına diqqət yetirmək kifayətdir. Görünən budur ki, Zəfəri Zəfər əvəzləyir. 
Azərbaycan ikitərəfli, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin inkişafında maraqlıdır. Bunun üçün bütün imkanlardan maksimum istifadə etməyə səy göstərir. Hazırkı dövrün əsas çağırışlarından biri iqlim dəyişmələrinə qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsidir ki, Azərbaycan bu istiqamətdə də atdığı addımları ilə diqqətdədir. COP29 bu sahədə əhəmiyyətli rol oynayacaq. Bəşəriyyəti narahat edən qlobal çağırışların diqqət mərkəzinə çevrildiyi Forum çərçivəsində aparılan müzakirələrin rolundan danışan BMT-nin Turizm Təşkilatının İcraçı direktoru Zoritsa Uroseviç Azərbaycanın ev sahibliyi etdiyi qlobal tədbirlərin turizm və miqrasiya sahəsində də mövcud problemlərin həllində əhəmiyyətini vurğuladı və bildirdi ki, bu il COP29-un məhz Bakıda keçirilməsi cənab İlham Əliyevin sadiqliyinin təzahürüdür. İlbəil bu Forum öz əhəmiyyətini tərəfdaşlığın möhkəmləndirilməsi, tövsiyələrin verilməsi, mədəniyyətlərarası dialoq çərçivəsində mühüm və aktual məsələlərin təşviqi üçün əsas platforma kimi nümayiş etdirir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO