sonnoqte.az
Xəbər başlıqları
  • 10:13 – Prezident Natiq Qasımovla bağlı paylaşım etdi - FOTO 
  • 20:58 – Prezident İlham Əliyev hərbi qulluqçuları təltif edib 
  • 14:26 – Dövlət qulluqçuları təltif edilib - SƏRƏNCAM 
  • 14:26 – Dövlət qulluqçuları təltif edilib - SƏRƏNCAM 

Bakıda yeni metro xətlərinin çəkiləcəyi ərazilərin adları AÇIQLANDI

22-06-2024, 08:40 7 dəfə baxılıb

Bakıda yeni metro xətlərinin çəkiləcəyi ərazilərin adları AÇIQLANDI


"Hazırda metronun bir stansiyanın inşası davam etdirilir, gələcəkdə Bakının Yeni Yasamal, Binəqədi, Yeni Ramana, Şıxov və digər bir sıra ərazilərinə metro xətləri çəkiləcək".

Xezerxeber.az-ın məlumatına görə, bu fikirləri "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, ən önəmli məsələlərdən biri də yaşıl və qırmızı xətt layihələrinin ayrılmasıdır. Bu, paytaxtın kənar ərazilərində də nəqliyyat probleminin həllinə müsbət təsir göstərəcək.

Bəxtiyar Məmmədov Bakı Metropolitenində yeni müasir qatarların xəttə buraxılması prosesinin də davam etdirildiyini deyib.

O qeyd edib, yaxın bir il ərzində daha 35 yeni vaqon gətiriləcək.

Bəxtiyar Məmmədov onu da əlavə edib ki, yaxın zamanlarda metroda ödənişləri bank kartları ilə etmək mümkün olacaq.

Ətraflı süjetdə:







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO