sonnoqte.az
Xəbər başlıqları
  • 13:17 – Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələri ilə bağlı qaydalar təsdiqləndi 
  • 09:13 – Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib 
  • 09:00 – Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 4 il ötür 
  • 16:33 – Prezident müşavirə keçirdi - FOTO - YENİLƏNİB 

Dörd ayda istehsalatda bədbəxt hadisələr nəticəsində ölənlərin sayı AÇIQLANDI

22-06-2024, 08:46 23 dəfə baxılıb

Dörd ayda istehsalatda bədbəxt hadisələr nəticəsində ölənlərin sayı AÇIQLANDI


Bu ilin yanvar-aprel ayları ərzində istehsalatda baş vermiş 164 bədbəxt hadisənin təhqiqatı aparılıb, bu hadisələr nəticəsində 22 nəfər vəfat edib, 170 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) məlumat verilib.

Bildirilib ki, baş vermiş həmin hadisələrin səbəbləri sırasına zərbə, yol-nəqliyyat, sürüşmə- büdrəmə, hündürlükdən yıxılma, elektrik cərəyanı ilə təmas və sairə daxildir:

Hər bir istehsalat qəzası ilə bağlı "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları"na uyğun şəkildə təhqiqat işlərinin aparılması və nəticəsinə uyğun şəkildə qanunauyğun tədbirlərin görülməsi təmin edilib.

Əməyin mühafizəsi tələblərinin pozulmasına görə aidiyyəti işəgötürənlərə isə İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələri ilə müvafiq məbləğlərdə cərimələr tətbiq edilib.

İstehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatı nəticəsində 159 zərərçəkmiş şəxsə "İZ" (istehsalat zədəsi) formalı akt verilib.

İnzibati tədbirlərlə yanaşı, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, istehsalatda baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması üçün önləyici tədbirlərin görülməsi ilə bağlı işəgötürənlər arasında məlumatlandırma işləri aparılıb və bu işlər mütəmadi olaraq davam etdirilir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO