sonnoqte.az
Xəbər başlıqları
  • 13:17 – Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələri ilə bağlı qaydalar təsdiqləndi 
  • 09:13 – Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib 
  • 09:00 – Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 4 il ötür 
  • 16:33 – Prezident müşavirə keçirdi - FOTO - YENİLƏNİB 

Müharibə iştirakçılarına qarşı dələduzluq edən şəxs məhkəmə zalında həbs olundu

21-06-2024, 12:44 31 dəfə baxılıb

Müharibə iştirakçılarına qarşı dələduzluq edən şəxs məhkəmə zalında həbs olundu


Gəncə Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Rauf Əhmədovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, zərərçəkmiş şəxslərin apellyasiya şikayəti qismən təmin olunub.

Gəncə Şəhər Məhkəməsinin çıxardığı 3 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəza hissəsində dəyişdirilib. Belə ki, Rauf Əhmədov təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü (dələduzluq) maddələri ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub və məhkəmə zalında həbs olunub.

İttihama görə, Rauf Əhmədov "Qarabağ əlilləri və veteranları" İctimai Birliyinin Gəncə şəhər şöbəsinin sədri vəzifəsində işləyərkən 2021-ci ildə Birinci və İkinci Qarabağ müharibəsinin bir neçə iştirakçısına qarşı dələduzluq edib. O, həmin şəxslərin 14 500 manat pulunu dələduzluq yolu ilə keçirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO