sonnoqte.az
Xəbər başlıqları
  • 11:54 – Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər 
  • 21:33 – Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR 
  • 21:25 – Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ 
  • 14:30 – Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub 

Gəncə Şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL

26-09-2022, 14:09 183 dəfə baxılıb

massiv.jpg

Gəncədə "Şuşanamə" kitabının təqdimatı keçirilib


0b5f2617-438d-4e07-bc79-c6f71939292e.jpg
Gəncə Şəhər İcra Hakimiyyətinin və Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Azərbaycan Respublikasının Qabaqcıl Təhsil İşçisi", Prezident təqaüdçüsü, alim-şair Bayram Ağrıdağın (Apoyev) "Şuşanamə" kitabının təqdimat mərasimi keçirilib.
Təqdimatda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin nümayəndələri, şəhər ziyalıları, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Əvvəlcə Vətən müharibəsi şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Niyazi Bayramov çıxışında bildirib ki, Şuşa fatehləri və Qarabağ şəhidlərinə həsr olunan "Şuşanamə" kitabı şəhidlərimizin və müharibə iştirakçılarımızın xatirəsinin daim əbədi saxlanılması üçün atılan addımlardan biridir. O, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Rəşadətli ordumuz tərəfindən Şuşa şəhərinin işğaldan azad edilməsinin 44 günlük Zəfər tariximizin ən önəmli hadisələrindən olduğunu qeyd edib. Şəhər rəhbəri yazıçı Bayram Apoyevi kitab təqdimatı ilə əlaqədar olaraq təbrik edib, ona yaradıcılığında uğurlar arzulayıb.
Çıxış edən qonaqlar yazıçının həyat və yaradıcılığına nəzər salıblar. Bildirilib ki, Bayram Apoyev 100-dən çox elmi-metodik əsərin, 3 monoqrafiyanın, 3 dərsliyin, 4 dərs və tədris vəsaitinin, 12 metodik vəsaitin müəllifidir. Bayram Apoyevin Nizami Gəncəvinin pedaqoji görüşlərinə həsr olunmuş 5 kitabı işıq üzü görüb. "Şuşanamə" isə müəllifin 6-cı kitabıdır. Kitaba müəllifin 1992-2022-ci illər ərzində Vətən, Qarabağ, ölkəmizin mədəniyyət paytaxtı – Şuşa və işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına döyüşən Azərbaycan əsgəri haqqında yazdığı şeirləri daxil edilib. Gəncə Şəhər İcra Hakimiyyətinin tövsiyəsi və dəstəyi ilə hazırlanmış və nəşrə təqdim edilmiş kitab "Şuşa ili" və Şuşa fatehlərinə ithaf olunub.
Tədbirdə həmçinin, 4 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimləri tərəfindən pianoda milli vətənpərvərlik ruhunda olan musiqi parçaları ifa olunub.
Çıxışlardan sonra Niyazi Bayramov müəllifə Gəncə şəhərinin ictimai-mədəni həyatında göstərdiyi səmərəli fəaliyyətinə görə Gəncə Şəhər İcra Hakimiyyətinin "Təşəkkürnamə"si, Vasif Cənnətov mədəniyyət sahəsində göstərdiyi səmərəli fəaliyyətinə görə Gəncə Regional Mədəniyyət İdarəsinin  "Təşəkkünamə"sini təqdim ediblər.
Qeyd edək ki, tədbir yazıçı, dramaturq, şair, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar elm xadimi Mir Cəlal Paşayevin Ev Muzeyində gerçəkləşib.
Gəncədə "Şuşanamə" kitabının təqdimatı keçirilib
Gəncədə "Şuşanamə" kitabının təqdimatı keçirilib
Gəncədə "Şuşanamə" kitabının təqdimatı keçirilib
Gəncədə "Şuşanamə" kitabının təqdimatı keçirilib
Gəncədə "Şuşanamə" kitabının təqdimatı keçirilib
Gəncədə "Şuşanamə" kitabının təqdimatı keçirilib
Gəncədə "Şuşanamə" kitabının təqdimatı keçirilib
Gəncədə "Şuşanamə" kitabının təqdimatı keçirilib
Gəncədə "Şuşanamə" kitabının təqdimatı keçirilib
Gəncədə "Şuşanamə" kitabının təqdimatı keçirilib

Serbiyanın Azərbaycandakı səfiri Gəncəyə səfər edib


1 (32).jpeg
Serbiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavljeviç Gəncə şəhərinə işgüzar səfər edib. Səfər çərçivəsində o, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb.
Niyazi Bayramov səfir Draqan Vladisavljeviçi salamlayaraq, rəsmi qonağa Gəncə şəhəri haqqında ətraflı məlumat verib. O bildirib ki, qədim tarixə malik olan Gəncə Azərbaycanın ən qədim şəhərlərindən biridir. Tarixən elm və mədəniyyət mərkəzi olan Gəncə eyni zamanda, Azərbaycanın sənaye şəhərlərindən hesab edilir. Burada bir sıra ali və orta ixtisas məktəbləri fəaliyyət göstərir. Gəncədə olan tarixi abidələr, muzeylər, park və xiyabanlar şəhərə gələn qonaqların zövqünü oxşayır.
Serbiya səfiri Draqan Vladisavljeviç Gəncə şəhərində olmaqdan məmnunluq duyduğunu bildirib. Sözbət zamanı rəsmi qonaq Serbiya və Azərbaycan arasında olan dostluq münasibətlərindən söz açıb, mövcud əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib. Səfir Draqan Vladisavljeviç Serbiyanın Novi-Sad şəhəri ilə Gəncə arasında qardaşlıq əlaqələrinin qurulmasını təklif edib. O qeyd edib ki, iki şəhər arasında xüsusi ilə iqtisadi, mədəni, təhsil və idman sahəsindəki əlaqələrinin genişləndirilməsi üçün imkanlar mövcuddur.
Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub, şəkil çəkdirilib.
Səfər çərçivəsində səfir Draqan Vladisavljeviç Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində dağılan ərazini ziyarət edib. Rəsmi qonağa məlumat verilib ki, Gəncə şəhərinin ardıcıl raket hücumlarına məruz qalması nəticəsində aralarında qadın və uşaqlar da olmaqla 26 mülki şəxs həlak olub, 142 dinc sakin isə yaralanıb. Şəhərdə mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Daha sonra Draqan Vladisavljeviç Nizami Gəncəvi Məqbərə Kompleksini ziyarət edib, Gəncə Dövlət Universiteti, "Azəraliminium" MMC və "Gəncə Şərab-2" ASC-də olub.

Gəncədə şəhid ailələri, müharibə əlilləri və iştirakçıları ilə bağlı iclas keçirilib


7.3.jpeg
 

Gəncə Şəhər İcra Hakimiyyətində Niyazi Bayramovun iştirakı ilə şəhid ailələri, müharibə əlilləri və iştirakçıları ilə bağlı göstərilən xidmət səviyyəsinin keyfiyyətinin artırılması ilə bağlı iclas keçirilib. İclasda Kəpəz və Nizami İcra Hakimiyyətlərinin başçıları Eldəniz Xudiyev və Nizami Hacıyev, bələdiyyə, Ağsaqqallar, Vetealnar və  İctimai şuraların sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən Müharibəsi ilə 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımızı işğaldan azad etdi. Azərbaycan xalqı bu tarixi zəfəri igid övladlarının qanı, canı bahasına qazandı. Şəhər rəhbəri diqqətə çatdırıb ki, Gəncə şəhəri həm I Qarabağ müharibəsi, həm Vətən müharibəsi, həm də Ermənistan silahlı qüvvələrinin son günlərdə Azərbaycan-Ermənistan dövlət sərhəddində törətdikləri təxribat nəticəsində Gəncə şəhəri də şəhidlər verib. 
Niyazi Bayramov qeyd edib ki, bu gün dövlətimiz tərəfindən şəhid ailələri və qazilərə xüsusi diqqət və qayğı göstərilir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq, Gəncə şəhərində bu kateqoriyadan olan şəxslərə xüsusi həssaslıqla yanaşılır. Gəncə Şəhər İcra Hakimiyyətində mütəmadi olaraq şəhid ailələri və qazilərlə görüşlər keçirilir, onları narahat edən məsələlərin vaxtında və qanun çərçivəsində həll edilməsi ilə bağlı əməli addımlar atılır. 
Şəhər rəhbəri bir daha görüş iştirakçılarının diqqətinə çatdırıb ki, yerli qurumlara müraciət edən şəhid ailələri, müharibə iştirakçıları və əlilləri dərhal qəbul edilməli, qaldırdıqları məsələlər operativ qaydada araşdırılaraq, qanunamüvafiq tədbir görülməlidir. 
İclasda çıxış edən idarə, müəssisə və təşkilat rəhbərləri həssas kateqoriyadan olan şəxslərlə keçirilən görüşlər və onların müraciətlərinin həlli ilə bağlı görülən işlər barədə ətraflı məlumat veriblər.

Niyazi Bayramov şəhid atası və yaralı mülki şəxsi xəstəxanada ziyarət edib


1IMG_20220916_195144_756.jpg
Niyazi Bayramov Ermənistan silahlı qüvvələri bölmələrinin törətdiyi təxribat nəticəsində yaralanan Asim Musayevi və Vətən müharibəsi şəhidi Məmmədov Elnur İsrafil oğlunun atası İsrafil Məmmədovu xəstəxanada ziyarət edib.
 
Şəhər rəhbərinə hər iki xəstənin səhhəti ilə bağlı məlumat verilib. Bildirilib ki, Asim Musayev mərmi partlayışı zamanı sol ayağından qəlpə yarası alıb. İlkin yardım göstərildikdən sonra xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olmasına baxmayaraq, həkimlərin səyi nəticəsində ayağını amputasiyadan xilas etmək mümkün olub. Hazırda Asim Musayevin vəziyyəti stabildir. 
Poliorqan və xroniki obstruktiv ağciyər xəstəliyindən əziyyət çəkən şəhid atası İsrafil Məmmədovun da vəziyyətinin qənaətbəxş olduğu diqqətə çatdırılıb. 
 
Niyazi Bayramov onları ayrı-ayrılıqda ziyarət edib və şəfa diləyib. Şəhər rəhbəri onlara müvafiq köməklik göstərilməsi barədə aidiyyəti üzrə tapşırıqlar verib.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO