sonnoqte.az
Xəbər başlıqları
  • 13:05 – Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR 
  • 09:00 – İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO 
  • 11:54 – Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər 
  • 09:35 – Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO 

"Siyəzən-Dadlı Toyuq" da ENDİRİM kampaniyaları davam edir!

10-07-2023, 11:50 96 dəfə baxılıb



Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi "Siyəzən Broyler" ASC-nin direktoru Asəf İsmayılovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.




"Siyəzən Broyler" ASC-nin direktoru Asəf İsmayılov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Asəf İsmayılovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Asəf İsmayılov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, "Siyəzən Broyler" ASC-nin direktoru Asəf İsmayılova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, "Siyəzən Broyler" ASC-nin direktoru Asəf İsmayılovdur.

"Siyəzən Broyler" ASC-nin direktoru Asəf İsmayılov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Asəf İsmayılov bu işin müqəddəsliyini qoruyub saxlayır. Asəf İsmayılov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Asəf İsmayılov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Asəf İsmayılov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Asəf İsmayılov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun  professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Asəf İsmayılov özünü doğruldub. Bizdə hörmətli Asəf İsmayılovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

"Siyəzən Broyler" ASC-nin direktoru Asəf İsmayılov - Dövlət tərəfindən sahibkarlara göstərilən diqqətin çoxalması, tətbiq edilən dəstək mexanizmlərinin effektivliyinin, ünvanlılığının və şəffaflığının artırılması özəl sektorun ölkə iqtisadiyyatındakı rolunu getdikcə daha çox gücləndirir. İnvestisiya layihələrinin həyata keçirilməsi məqsədilə güzəştli kreditlərin verilməsi, iqtisadiyyatın, xüsusilə qeyri-neft sektorunun inkişafına töhfə verəcək prioritet proqramların maliyyələşdirilməsi ölkəmizdə kiçik və orta sahibkarlığın genişlənməsinə şərait yaratmaqla yanaşı, yeni iş yerlərinin də açılmasına imkan verir.

Azərbaycanda ən böyük toyuq məhsulları istehsalçısı olan “Siyəzən broyler” Açıq Səhmdar Cəmiyyəti dövlətin dəstək mexanizmlərindən istifadə edərək fəaliyyətini genişləndirən özəl təsərrüfatlardan biridir. Quşçuluğun inkişafı ilə bağlı 14,5 milyon manatlıq investisiya layihəsinin maliyyələşdirilməsi üçün İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun xətti ilə dövlətdən 8,1 milyon manat güzəştli kredit alan “Siyəzən broyler” bu layihə çərçivəsində 183 nəfəri işlə təmin edib.

“Siyəzən Broyler” ASC-nin direktoru Asəf İsmayılov ölkənin gələcək iqtisadi dayanıqlılığını təmin etmək, kənd təsərrüfatı və sənaye potensialını inkişaf etdirmək məqsədilə olduqca ciddi islahatların aparıldığını deyir: “Büdcə investisiyalarının ümumi xərclərində kənd təsərrüfatı və aqrar sənayenin inkişafının dəstəklənməsi üçün xeyli vəsait ayrılıb. Azərbaycan dövləti sahibkarlara, xüsusilə də kənd təsərrüfatı sahəsində çalışan iş adamlarına böyük dəstək göstərir”. Ən böyük dəstək alanlardan birinin rəhbərlik etdiyi “Siyəzən broyler” ASC olduğunu deyən A.İsmayılov vurğulayır: “Əvvəllər də Sahibkarlığın İnkişafı Fondunun xətti ilə güzəştli kredit almışıq. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən güzəştli şərtlərlə çoxsaylı kənd təsərrüfatı texnikaları və avandılıqları əldə etmişik. Aqrar sahəyə ayrılan subsidiyaların məqsədi kənd təsərrüfatı məhsullarına çəkilən istehsal xərclərini tənzimləmək, fermerlərin gəlirliliyini artırmaq, ərzaq məhsullarının qiymətlərini sabitləşdirmək və istehsalı təşviq etməkdir. Azərbaycanın iqtisadi uğurlarında aqrar bölmənin payı danılmazdır. Ölkə iqtisadiyyatında əldə edilən uğurların böyük hissəsi aqrar bölmənin payına düşür. Bu isə dövlətin kənd təsərrüfatına getdikcə daha çox diqqət göstərməsinin nəticəsidir. Büdcə investisiya proqramında bu sahələrə dövlət dəstəyinin artırılması, zəruri ərzaq məhsulları, o cümlədən ət və ət məhsullarına tələbatın ödənilməsi istiqamətində həyata keçirilən tədbirlərin dəstəklənməsi nəzərdə tutulur. Bütün bunlar əhalinin kənd təsərrüfatı məhsullarına tələbatının tam ödənilməsinə, ciddi ixrac potensialı yaratmaqla Azərbaycanın xarici bazarlara çıxışının təmin olunmasına yönəldilmiş strateji hədəflərdir”.

A.İsmayılovun sözlərinə görə, özəl sektorun, xüsusilə kiçik və orta sahibkarlığın iqtisadi artımın və məşğulluğun başlıca mənbəyinə çevrilməsi üçün ölkəmizdə yaradılan işgüzar mühit ildən-ilə əhəmiyyətli dərəcədə yaxşılaşdırılır.

Özəl sektor tərəfindən ölkə iqtisadiyyatına investisiyaların cəlb edilməsi üçün yaradılan şəraitdən razılıq edən sahibkar Azərbaycanda sağlam rəqabət mühitinin yaradıldığını, haqsız rəqabətin qarşısının alınması üçün İqtisadyyat Nazirliyi tərəfindən ciddi tədbirlərin görüldüyünü söyləyir. Yerli istehsalın təşviqi ilə bağlı görülən tədbirləri dəstəkləyən A.İsmayılov hesab edir ki, Azərbaycanda yalnız biznesin təşviqi mexanizmləri yaradılmır, bu mexanizmlərin iqtisadi səmərəsinin artırılması üçün də böyük işlər görülür. Bütün bunlar isə yerli istehsalçıları daha çox investisiya yatırmağa həvəsləndirir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO