sonnoqte.az
Xəbər başlıqları
  • 10:13 – Prezident Natiq Qasımovla bağlı paylaşım etdi - FOTO 
  • 20:58 – Prezident İlham Əliyev hərbi qulluqçuları təltif edib 
  • 14:26 – Dövlət qulluqçuları təltif edilib - SƏRƏNCAM 
  • 14:26 – Dövlət qulluqçuları təltif edilib - SƏRƏNCAM 

Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Əşrəfxanım Hüseynovanın diqqətindədir

11-07-2023, 14:12 303 dəfə baxılıb

Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi — Vikipediya

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Bilgəh qəsəbəsindəki Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 10 saylı filialının müdir əvəzi Əşrəfxanım Hüseynovadır.

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Bilgəh qəsəbəsindəki Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 10 saylı filialının müdir əvəzi Əşrəfxanım Hüseynovanın keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Hüseynova Əşrəfxanım İnayətulla qızı 
Krupskaya  adına  Mədəni- Maarif  Texnikumunu 1982 - ci ildə bitirib. 
40 ildir kitabxanada işləyir. Tez- tez  tədbirlərdə görürük onu. Hazırda Bilgəh qəsəbəsindəki Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 10 saylı filialının müdir əvəzidir.


Bilgəh qəsəbəsindəki Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 10 saylı filialının müdir əvəzi Əşrəfxanım Hüseynova qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Əşrəfxanım Hüseynovanın diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Əşrəfxanım Hüseynova səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Bilgəh qəsəbəsindəki Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 10 saylı filialının müdir əvəzi Əşrəfxanım Hüseynovaya biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Bilgəh qəsəbəsindəki Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 10 saylı filialının müdir əvəzi Əşrəfxanım Hüseynova - Layiqli cavab. 2019-cu ildən etibarən Azərbaycan Qoşulmama Hərəkatına (QH) sədrlik edir. 2019-cu ildə ölkəmiz QH-nin sammitinə uğurla ev sahibliyi etdi və bu tədbirdə Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan öz sədrliyi dövründə beynəlxalq hüququ və ədaləti müdafiə edəcək. 

Ötən müddət ərzində regionda aparıcı aktora çevrilən Azərbaycanın son illər dünyada artan nüfuzu onun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər. Təsadüfi deyil ki, BMT, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təşkilatlar Azərbaycanla əməkdaşlığı strateji prioritet kimi müəyyənləşdiriblər. Bu gün Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir. Eyni zamanda, dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı isə məhz Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu dövrünü yaşayır.

İyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşü  Azərbaycanın hərəkatdakı önəmini bir daha sərgiləmiş oldu. Nazirlər görüşündə iştirak və çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın hərəkata sədrliyi dönəmində baş verən hadisələrə münasibət, hərəkat iştirakçılarının əməli birliyi haqqında geniş məlumat vermişdir.

Qeyd edək ki, Azərbaycanın sədrliyinin koronavirus (COVID-19) pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, ölkəmiz çevik və səmərəli şəkildə öz sədrlik gündəliyini yeni reallığa uyğunlaşdırdı. Əlbəttə, bu prosesdə Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin təşəbbüskarlığı, qətiyyəti və siyasi iradəsi də mühüm rol oynadı. Pandemiyanın misli görünməmiş fəsadları qarşısında dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı dövrdə Azərbaycan qlobal liderlik rolunu üzərinə götürdü, qlobal problemin öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən oldu. Belə ki, məhz Azərbaycanın sədrliyi altında Qoşulmama Hərəkatı dünya ictimaiyyətini pandemiya ilə mübarizədə səfərbər etdi. Prezident, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin mayında QH-nin COVID-19 ilə mübarizəyə həsr edilən onlayn sammiti keçirildi. Azərbaycan “peyvənd millətçiliyi”nə qarşı mübarizədə xüsusi rol oynadı və bir daha beynəlxalq ictimaiyyət ölkəmizin, xalqımızın millətçiliyin hər cür təzahürünə qarşı olduğunu, humanist mövqedən çıxış etdiyinin şahidi oldu.

Qoşulmama Hərəkatının yenidən formalaşan dünya nizamında öz yerini tapmalı olduğunu diqqətə çatdıran cənab İlham Əliyev qeyd etmişdir ki,  “Biz “Bandunq prinsipləri” ətrafında qətiyyətlə dayanmalı, suverenliyin və ərazi bütövlüyünün pozulması, ölkələrin daxili işlərinə müdaxilə hallarına qarşı öz səsimizi ucaltmalıyıq. Hərəkatımızın dünya məsələlərində daha ön mövqedə olması mühüm əhəmiyyət kəsb edir.

Multilateralizm bizim güclü vasitəmizdir. Hazırda beynəlxalq təşkilatlar, xüsusilə BMT bəşəriyyətin gözləntilərinə cavab vermir. BMT-də ciddi islahatların aparılması qaçılmazdır. BMT Təhlükəsizlik Şurası keçmişin qalığıdır və hazırkı reallıqları əks etdirmir. Biz Təhlükəsizlik Şurasında daha çox ölkənin təmsil olunması və coğrafi baxımdan daha ədalətli olması üçün onun tərkibinin genişləndirilməsinin tərəfdarıyıq. Şadam ki, bu gün bu ideya ilə bağlı dünyada artan konsensus vardır.”

Ölkə başçısı Fransa kimi ölkələrin neokolonizm siyasətini hələ də davam etdirməsini tənqid edərək qeyd etmişdir: “Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli qətlə yetirilib. Hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanılır. Bu, utancverici və iyrənc hərəkətdir. Biz Fransa prezidenti Emmanuel Makrondan həmin qəhrəmanların qalıqlarını Əlcəzairə təhvil verməsini tələb edirik.”

Bəli, təəssüf ki, Fransa və bir sıra  ölkələr öz gözlərində tiri görmədikləri halda başqalarının gözündə tük axtarmaqla məşğuldurlar. İnsan haqlarından, demokratik dəyərlərdən ağızdolusu danışanlar ilk növbədə insanların azadlıq hüququna, millətlərin suverenliyinə dəstək olmalıdırlar. Bu gün elə regionumuzda baş verən hadisələrə Fransanın münasibəti göstərir ki, bu ölkənin rəhbərliyi əslində bəşəri dəyərlərə qiymət verməyənlərdir. Cənab Prezident bunu öz çıxışında tutarlı faktlarla əsaslanaraq qeyd etdi ki, “özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransa hələ də digər ölkələrin daxili işlərinə qarışır. Fransa qoşunlarının bu yaxınlarda Mali və Burkina-Fasodan çıxarılması onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu bir daha göstərdi. Təəssüf ki, Fransa Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət, xarici hərbi mövcudluq və “Orientalizm” müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni mənfur təcrübəni tətbiq etməyə çalışır.”

Azərbaycanın hərəkata sədrliyi dövründə ən önəmli hadisələrdən birinin Vətən müharibəsində qazandığımız qələbə olduğunu qeyd edən ölkə başçısı bu qələbə əslində həm də beynəlxalq birliyin və ədalətin zəfəri idi. Qələbə nəticəsində 30 il işğal altında inləyən torpaqlarımız erməni faşistlərinin tapdağından azad edildi və bu torpaqların əzəli və əbədi sakinləri indi ata-baba yurdlarına qayıdırlar. İndi biz o torpaqlarda qurub yaradırıq. Halbuki özlərinin iddia etdikləri ərazilərdə ermənilər 30 ildə ancaq söküb dağıtmaqla məşğul olmuşlar.

“İşğal altında olmuş ərazilərdəki 67 məsciddən 65-i dağıdılıb, qalanlarından isə donuz və inəklər üçün tövlə kimi istifadə edilib ki, bu da bütün dünya müsəlmanlarına qarşı təhqirdir.Altmış min hektar meşəlik məhv edilmiş, kəsilmiş və daşınmışdır, torpaqlarımız və çaylarımız çirkləndirilmiş və zəhərləndirilmişdir.”-deyə, qeyd edən cənab Prezident bildirmişdir ki, kapitulyasiya aktını imzaladıqdan sonra da Ermənistan məhz Fransa kimi havadarlarına arxayın olaraq öhdəliklərini yerinə yetirməkdən, xüsusən Zəngəzur dəhlizini açmaq öhdəliyindən yayınmaq istəyir. Lakin zaman indi başqadır və şərtləri regionda biz diqtə edirik.  

Azərbaycan bir dövlət olaraq dünya birliyində öz layiqli yerini tutmuş və sözünü demişdir. Məhz son 20 ildə aparılan məqsədyönlü siyasət ölkəmizə bu imkanı qazandırmışdır. Biz kimsənin torpaqlarına iddia etmirik, lakin öz azadlığımızı və suverenliyimizi təhdid edən hər bir kəsə də layiqli cavab verməyə hazırıq. Necə ki, cənab Prezident Fransa və digər erməni havadarlarının cavabını verdiyi kimi...






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO