sonnoqte.az
Xəbər başlıqları
  • 11:54 – Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər 
  • 21:33 – Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR 
  • 21:25 – Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ 
  • 14:30 – Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub 

Qulu Quliyev: Azərbaycan vətəndaşı və Dövləti Yol Polisi İdarəsinin işini həmişə yüksək qiymətləndirmişdir

8-02-2023, 08:30 126 dəfə baxılıb

Qulu Quliyev: Azərbaycan vətəndaşı və Dövləti Yol Polisi İdarəsinin işini həmişə yüksək qiymətləndirmişdir


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi 11 saylı İmişli Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsinin rəisi, polis mayoru Qulu Quliyevin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

11 saylı İmişli Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsinin rəisi, polis mayoru Qulu Quliyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Qulu Quliyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, 11 saylı İmişli Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsinin rəisi, polis mayoru Qulu Quliyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin fəaliyyəti hər zaman cəmiyyətin diqqət mərkəzində olub və bu da təbii qarşılanmalıdır. Çünki Dövlət Yol Polisi İdarəsinin fəaliyyətinin spesifikası ondan ibarətdir ki, bu fəaliyyət növü demək olar ki, bütün ölkə əhalisinin həyatına, yaşam tərzinə bu və ya digər dərəcədə təsir göstərir.

Hər kəs - sürücü və ya piyada olmasından asılı olmayaraq dövlət yol polisi əməkdaşları ilə sıx təmasdadır və onların fəaliyyəti kütləvi xarakter daşıdığından daha çox müzakirələrə səbəb olur. Bu müzakirələrdə, mətbuatda açılan polemikalarda bəzən ifrata varmalar, qərəzli yanaşmalar da müşahidə olunur. Bütün bunlara baxmayaraq Azərbaycan vətəndaşı və Dövləti Yol Polisi İdarəsinin işini həmişə yüksək qiymətləndirmişdir.

Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin təşkilində yüksək nailiyyətlər əldə edən Baş Dövlət Yol Polisi İdarəsi eyni zamanda hüquqi və fiziki şəxslər tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununa riayət olunmasına nəzarəti yüksək səviyyədə həyata keçirir. Bu sahədə son illər aparılmış hüquqi və praktiki islahatlar artıq öz müsbət nəticələrini göstərməkdədir. Belə ki, artıq əvvəlki illərdə müşahidə olunan bəzi neqativ halların aradan qaldırılması, fəaliyyətin müasir standartlar səviyyəsində qurulması danılmaz reallığa çevrilib.

Bu gün Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkətinin təhlükəsizliyinin təmini və yol hərəkəti qaydalarının təbliği işində media və ictimaiyyət təmsilçiləri ilə yaxından əməkdaşlıq edir. Aparılan maarifləndirmə, təbliğat, maddi-texniki bazanın gücləndirilməsi, İKT-nin tətbiqi və düzgün təşkil edilmiş xidmət nəticəsində ötən il respublikada avtomobil sayının yüz mindən çox artmasına baxmayaraq yol qəzaları və bu qəzalarda ölən və yaralananların sayı azalmışdır. Onu da qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşlardan daxil olan müraciətlərin diqqətlə və obyektiv araşdırılıb, müsbət nəticələr əldə olunduğu nümunəvi dövlət qurumlarındandır.
Hər zaman vətəndaşların böyük marağına səbəb olan bir məsələ - sürücülük vəsiqələrinin və dövlət nömrə nişanlarının verilməsində yeniliklərin tətbiqi isə yalnız alqışlana bilər. Bütün əlavə söz-söhbətlərə və şübhələrə son qoyan bu yeniliklər nəticəsində şəffaflıq tamamilə təmin olunmuş, əvvəllər müşahidə olunan bəzi nöqsanlar aradan qaldırılmışdır. Bu isə vətəndaşların razılığı ilə qarşılanmaqla yanaşı həm də Dövlət Yol Polisi İdarəsinin ictimai rəydə müsbət xatırlanmasını təmin edən faktora çevrilmişdir..

HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN.......

11 saylı İmişli Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsinin rəisi, polis mayoru Qulu Quliyev haqqında jurnalistlərin ağlına nə gəldi onu da qələmə alırlar". İmişli “MERO”-da avtomobillərin texniki baxışı vatsapla həyata keçirilir – FOTOFAKTLAR başlıqlı yazı yazaraq təxribat edirlər. Çünki onlar mənəvi kordular. Divin canı şüşədə olan kimi, onların təsisçiləri, baş redaktorları və bütün əməkdaşlarının canı da şərdə, böhtanda, iftirada, mənəviyyatsızlıqda, satqınlıqda, goreşənəlikdə, ayaq altı qazımaqda, maddi hərislikdədir.

Sonnoqte.az-nun əməkdaslarının araşdırması nəticəsində sorğu keçirdik. Bir ağızla dedilər: 11 saylı İmişli Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsinin rəisi, polis mayoru Qulu Quliyev ilə bağlı yayılan məlumatlar tamamilə əsassızdır.

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Qulu Quliyevi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, 11 saylı İmişli Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsinin rəisi, polis mayoru Qulu Quliyevdir.

11 saylı İmişli Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsinin rəisi, polis mayoru Qulu Quliyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Qulu Quliyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Qulu Quliyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Bakuxeber.info olaraq sorğu apardıq ağız dolusu Qulu Quliyevdən danışdılar yaxşı ki, Qulu Quliyev 11 saylı İmişli Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsinin rəisi təyin olunub… Qulu Quliyev öz isguzarlığı ilə tanınır və seçilir….

Qulu Quliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Qulu Quliyev heç vaxt əqidəsindən döndərə bilməz.

Qulu Quliyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Qulu Quliyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Qulu Quliyev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Qulu Quliyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Qulu Quliyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Qulu Quliyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun 11 saylı İmişli Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Qulu Quliyev özünü doğruldub. Bizdə hörmətli Qulu Quliyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO