sonnoqte.az
Xəbər başlıqları
  • 13:05 – Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR 
  • 09:00 – İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO 
  • 11:54 – Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər 
  • 09:35 – Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO 

Bəxtiyar Qılıncov Azərbaycan dövlətinə daim sadiqdir

2-04-2024, 11:44 18 dəfə baxılıb



Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi rəisi Bəxtiyar Qılıncovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Bəxtiyar Vaqif oğlu Qılıncov 1974-cü ildə Tovuz rayonunda anadan olub. Əvvəlcə Bakı Əmtəəşünaslıq Kommersiya İnstitutunun bakalavr, sonra isə Bakı Dövlət Universitetinin magistr pilləsində təhsil alıb. Əmək fəaliyyətinə 1999 – 2000-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Xarici turizm şurasında statistik üzrə mütəxəssis vəzifəsi ilə başlayıb. Sonra 2001 – 2006-cı illərdə Gənclər, İdman və Turizm Nazirliyində baş məsləhətçi, 2006 – 2018-ci illərdə Mədəniyyət və Turizm Nazirliyində baş məsləhətçi və sektor müdiri vəzifələrində çalışıb. 2018-ci ildən 2021-ci il aprelin 21-dək Mədəniyyət Nazirliyinin Regional siyasət söbəsində baş məsləhətçi vəzifəsində çalışıb. Mədəniyyət Nazirliyinin 2021-ci il 21 aprel tarixli müvafiq əmrinə əsasən Masallı Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2017-ci il tarixli Sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur. İqtisadiyyat üzrə fəlsəfə doktorudur. 

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Bəxtiyar Qılıncov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

Bəxtiyar Qılıncov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi rəisi Bəxtiyar Qılıncov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Bəxtiyar Qılıncovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Bəxtiyar Qılıncov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi rəisi Bəxtiyar Qılıncova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi rəisi Bəxtiyar Qılıncov - Aprel döyüşləri Azərbaycan ordusunun test imtahanı idi. Çünki biz deyirdik ki, ordumuz güclüdür və qısa zaman kəsiyində torpaqlarımızı işğaldan azad edə bilərik. Amma Ermənistan ordumuzun gücü ilə bağlı dediklərimizi ciddi qəbul etmirdi. Düşmən 23 ildə qurduğu səngərlərə və müdafiə sədlərinə arxayın idi. Amma 2 apreldə başlanan 4 günlük müharibə qısa zaman kəsiyində Azərbaycan əsgərinin nəyə qadir olduğunu sübut etdi. Təbii ki, düşmən ordusuna böyük itki verərək minlərlə hektar ərazilər işğaldan azad olunudu.


Ermənistan aprel döyüşlərinə qədər nəzarət etdiyi hündürlüklərdən Ağdərə, Tərtər, Ağdam və Füzuli rayonlarının yaşayaış məntəqələrini mütəmadi atəş altında saxlayırdı. Aprel döyüşlərində ordumuz Lələtəpəni və Talış kəndi istiqamətində strateji yüksəklikləri işğaldan azad edilərək nəzarətimizi bərpa etdik. Cocuq Mərcanlıda təhlükəsizlik təmin edildi. Aprel döyüşləri düşmənin döyüş iradəsini sındırdı. Hətta keçmiş Prezident Serj Sarkisyan döyüş əməliyyatlarının dayandırılmasına yalvararaq münaqişəni danışıqlar yolu ilə həll olunmasına razı olduğunu bildirmişdi. Amma bir müddət keçəndən sonra o, yenə öz erməniliyində qaldı. Aprel döyüşləri 44 günlük Vətən müharibəsinə gedən yolun başlanğıcı idi. Məhz 27 sentyabr 2020-ci ildə başlanmış müharibədə erməni ordusu aprel döyüşlərində aldığı ruh düşkünlüyünü təkrar edərək döyüş meydanından siçan kimi qaçmağa başladı. Azərbaycan ordusunun qarşısını heç nə ala bilməzdi. Ordumuz qarşısına qoyulmuş tarixi vəzifəni uğurla icra edirdi. Nəhayət 44 gündən sonra Şuşada bayrağımız dalğalandırıldı. O cümlədən keçən ilin sentyabr ayında keçirilmiş lokal xarakterli antiterror tədbirləri ilə 23 saatda Qarabağdakı erməni separatizmin kökünü kəsməklə bütün ərazilərdə suverənlik bərpa olundu. Beləliklə 2 aprel 2016-ci ildən başlayaraq Prezident İlham Əliyevin rəhbərliyi altında ordumuzun yazmağa baladığı döyüş səlnaməsi Xankəndində keçirilmiş prezident seçkilərində erməni separatizimin tabutuna axırıncı mismarı vurmaqla başa çatdırmış olduq.
Bəxtiyar Qılıncov Azərbaycan dövlətinə daim sadiqdir

Bu gün Azərbaycan tarixdə heç vaxt olmadığı qədər güclüdür. Qarşımızdakı əsas vəzifə erməni işğalı altında qalmış 8 kəndin azad olunaraq bütün ərazilərimizə keçmiş məcburi köçkünlərin qaytarılmasıdır. 2022-2026-cı illəri əhatə edən Böyük Qayıdışa dair Dövlət Proqramı uğurla icra olunur. Bu gün artıq 5 minə yaxın keçmiş məcburi köçkün öz doğma yurdlarına qayıtmışdır. 2026-cı ilin sonuna qədər isə 140 min keçmiş məcburi köçkünün qaytarılması planlaşdırılmışdır. 100 -dən çox şəhər və kəndin baş planları təsdiq olunmuşdur. Yeni şəhərlər və kəndlər tikilir. Bu bir daha Prezident İlham Əliyevin Liderliyinin və dəyişilməz mövqeyinin təntənəsi, xalqımızın böyüklüyün göstəricisidir. Bu gün xalqımızın başı ucadır. Çünki üzərimizdən məğlub xalq adı götürülmüşdür. Biz qalibik, qürurluyuq və öz yurdumuzun sahibiyik. Bundan böyük xoşbəxtlik ola bilməz.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO