sonnoqte.az
Xəbər başlıqları
  • 11:18 – İlham Əliyev Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib 
  • 14:25 – İlham Əliyev “Zangilan City Park Hotel”in təməlini qoydu - Fotolar 
  • 14:13 – “Bir dənə güllə atsaq, onların dabanları parlayacaq” - Prezident 
  • 14:05 – Prezidentin Zəngilan sakinləri ilə görüşündən - Fotolar+Yenilənib 

“Qorxusunu taleyinə çevirmədi” - Lalə Azərtaşdan təsirli paylaşım

Bu gün, 11:34 2 dəfə baxılıb

“Qorxusunu taleyinə çevirmədi” - Lalə Azərtaşdan təsirli paylaşım


Aparıcı Lalə Azərtaş Bakı–Qroznı istiqamətində uçuş zamanı qəzaya uğrayan AZAL təyyarəsinin bələdçisi Aydan Rəhimli ilə görüşüb.

Bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

"Aydan…Bu gün efirdə də bu adı daşıyan möcüzə bir xanımdan danışdım. Onun cəsarətinə heyran qaldım, hətta sözün ən gözəl mənasında ona həsəd apardım. Çünki hər insan ağır bir təyyarə qəzasından sonra yenidən səmaya baxa bilməz. Aydan isə qorxusunu taleyinə çevirmədi. O, yenidən mavi səmalara qalxacaq qədər güclü olmağı bacardı.

Londona onun ilk səfəri, mənim isə Aydanın xidmət etdiyi təyyarə ilə ilk uçuşum idi. Bu uçuş boyunca mən yalnız peşəkar bir bələdçi yox, içində böyük iradə daşıyan bir insan gördüm. Bəzən insanın ən böyük qələbəsi qorxmamaq deyil, qorxusuna baxmayaraq yenidən qanadlana bilməsidir… Aydan bunu bacaran güclü qızdır. Təyyarə qəzasında dünyasın dəyişənlərə rəhmət, qalanlara isə can saglıgı arzu edirəm", - deyə L.Azərtaş paylaşımında qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO