sonnoqte.az
Xəbər başlıqları
  • 11:16 – Prezidentin sosial media səhifələrində ABŞ Vitse-prezidenti ilə görüşünə dair video paylaşılıb 
  • 08:42 – Prezident Vensə bu fotoları göstərdi - VİDEO 
  • 22:25 – "ABŞ-ın strateji tərəfdaşı olmaq böyük şərəfdir" - Prezident 
  • 22:10 – Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb - YENİLƏNİB - MƏTN 

Bakı-Ələt yolunda ağır qəzalar: Səkkiz nəfər yaralandı

5-01-2022, 10:37 289 dəfə baxılıb

Bakı-Ələt yolunda ağır qəzalar: Səkkiz nəfər yaralandı


Bu gün səhər saatlarında Bakı-Ələt yolunda bir-birinin ardınca müxtəlif ərazilərdə iki ağır avtomobil qəzası baş verib. Hər iki qəzada ümumilikdə 8 nəfər xəsarət alıb. 

Bu barədə Ölkə.az-a Kliniki Tibbi Mərkəzin (KTM) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, baş verən ilk qəza nəticəsində KTM-ə beş yaralı gətirilib. Yaralılardan birinin vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib, birinin müalicəsi davam edir, digərlərinə isə ilkin tibbi yardım göstərilərək, evə buraxılıb.

Bundan bir qədər sonra baş verən ikinci qəza nəticəsində Mərkəzə 3 yaralı gətirilib. Yaralılardan ikisi Türkiyə vətəndaşı olub. Hər üç yaralıya ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO