sonnoqte.az
Xəbər başlıqları
  • 11:41 – Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi - Fotolar 
  • 14:16 – İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib - Tam mətn 
  • 09:11 – İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib 
  • 13:15 – Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı 

Qərbdə milyonların qış kabusu – İşıq və qaz 26 faiz bahalaşır

Bu gün, 16:00 1 dəfə baxılıb

Qərbdə milyonların qış kabusu – İşıq və qaz 26 faiz bahalaşır


Böyük Britaniyada 2027-ci il yanvarın 1-dən etibarən elektrik enerjisi və təbii qaz üzrə ümumi ödənişlərin 26 faiz artacağı açıqlanıb.

ölkənin enerji bazarını tənzimləyən Ofgem qurumunun noyabrın 25-də açıqladığı qərar təxminən 20 milyon ailəyə təsir edəcək.

Ardıcıl üçüncü qiymət artımı nəticəsində tipik ailənin illik enerji xərcləri 1 723 funt sterlinqdən 2 166 funt sterlinqə yüksələcək.

Yeni tariflərə əsasən, təbii qaz üzrə xərclər 33 faiz, elektrik enerjisi üzrə isə 19 faiz artacaq.

Bahalaşmanın əsas səbəbi Yaxın Şərqdə davam edən münaqişə və beynəlxalq enerji bazarında təbii qazın topdansatış qiymətinin üç dəfə yüksəlməsidir.

Avropa isə qaz ehtiyatlarının tarixi minimuma yaxın səviyyələrə gerilədiyi bir şəraitdə qış mövsümünə qədəm qoyur.

Britaniya hökuməti bahalaşmanın təsirini azaltmaq üçün təxminən 20 milyon ailəyə yanvar ayından birdəfəlik 100 funt sterlinq yardım veriləcəyini açıqlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO