sonnoqte.az
Xəbər başlıqları
  • 13:33 – İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub 
  • 10:29 – İlham Əliyev Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib 
  • 10:25 – Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 
  • 20:20 – İlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü - Video-Yenilənib 

Naxçıvanla sərhəddə atışma: hərbçimiz yaralandı - RƏSMİ

14-07-2021, 12:23 295 dəfə baxılıb

Naxçıvanla sərhəddə atışma: hərbçimiz yaralandı - RƏSMİ


İyulun 14-ü saat 10.00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu Mərdanlı İbadulla Məhsud oğlu yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, tibb müəssisəsinə təxliyə olunub.

Cavab atəşi ilə düşmən susdurulub. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO