sonnoqte.az
Xəbər başlıqları
  • 16:00 – Prezidentin xarici siyasəti xalqın gözündə 
  • 13:32 – İlham Əliyevlə Paşinyanın görüşü - Razılıq əldə edilib - VİDEO 
  • 08:51 – Əhali Prezidentin fəaliyyətini yüksək qiymətləndirir - SORĞU 
  • 08:47 – İlham Əliyevin Paşinyanla görüşü başladı - İLK GÖRÜNTÜLƏR 

Sərhəddə atışma zamanı şəhid olan kiçik gizirimiz dəfn edildi - FOTOLAR

16-05-2021, 12:12 277 dəfə baxılıb

Sərhəddə atışma zamanı şəhid olan kiçik gizirimiz dəfn edildi - FOTOLAR


Dövlət Sərhəd Xidmətinin (DSX) İran-Azərbaycan sərhədində atışma nəticəsində şəhid olan kiçik giziri Alimov Fərid Elçin oğlu dəfn edilib.
Oxu.az xəbər verir ki, şəhidimiz Quba rayonunun Yeni Güləzi kəndində torpağa tapşırılıb.

F. Alimov evli idi, bir azyaşlı qızı yadigar qalıb.

Qeyd edək ki, mayın 15-də DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonu­nun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxsin dövlət sərhədini pozması aşkar olunub.

Sərhəd pozucuları sərhəd naryadının “Dayan” əmrinə tabe olmamış, sərhəd naryadına qarşı odlu silahdan atəş açmış, əllərində yükü ataraq hadisə yerindən qaçmağa cəhd ediblər.

Sərhəd pozucularının açdıqları atəş nəticəsində baş leytenant Eyvazov Samir Elmar oğlu və kiçik gizir Alimov Fərid Elçin oğlu yaralanıblar. Hərbi qulluqçular dərhal tibb müəssisəsinə təxliyə olunub, lakin həyatlarını xilas etmək mümkün olmayıb.

Hadisə yerində təxminən 10 kq narkotik vasitəyə bənzər maddələr aşkarlanıb.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO