sonnoqte.az
Xəbər başlıqları
  • 08:40 – İlham Əliyev onlara müraciət etdi 
  • 12:19 – Prezident sərəncam imzaladı 
  • 08:20 – Prezidentdən Laçınla bağlı paylaşım - VİDEO 
  • 12:04 – İlham Əliyev "AZWOOL" mineral daş yunu zavodunun açılışında iştirak edib 

Maduro prezident kürsüsündən istefaya razı oldu, amma bu tarixdə

1-12-2025, 11:34 7 dəfə baxılıb

Maduro prezident kürsüsündən istefaya razı oldu, amma bu tarixdə


Venesuela Prezidenti Nikolas Maduro dövlət başçısı vəzifəsini tərk etməklə bağlı ABŞ-a vəd verib.

 CNN xəbər verir ki, Venesuela nümayəndələri və Maduro müxtəlif kanallar vasitəsilə ABŞ-la danışıqlar zamanı istefaya getməyə hazır olduğunu bildirib.

“ABŞ ilə qeyri-rəsmi danışıqlar zamanı Maduro bəyan edib ki, o, istefaya getməyə hazırdır, lakin 18 aydan tez olmayacaq”, - məlumatda deyilir.

“The Wall Street Journal”un məlumatına görə, Tramp Maduronun könüllü şəkildə vəzifəsini tərk etməyəcəyi təqdirdə ABŞ güc tətbiqi də daxil olmaqla, müxtəlif variantları nəzərdən keçirəcək.

“The New York Times” öz növbəsində prezident Donald Trampın Maduro ilə telefonla danışdığını və şəxsi görüş imkanını müzakirə etdiyini yazıb.

"Müzakirə ilə tanış olan iki mənbənin bildirdiyinə görə, söhbət həftə sonu baş tutub. İki liderin ABŞ-da şəxsi görüşünün mümkünlüyü müzakirə olunub", - nəşr yazıb.

Tramp Maduro ilə telefon danışığını təsdiqləyib, lakin şərh verməkdən imtina edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO