sonnoqte.az
Xəbər başlıqları
  • 13:32 – İlham Əliyevlə Paşinyanın görüşü - Razılıq əldə edilib - VİDEO 
  • 08:47 – İlham Əliyevin Paşinyanla görüşü başladı - İLK GÖRÜNTÜLƏR 
  • 11:51 – Sabah İlham Əliyevlə Paşinyan görüşəcək 
  • 10:23 – Prezident qəbul keçirdi - Fotolar 

Tramp CNN və “New York Times”a "yalançı" dedi

25-06-2025, 10:05 6 dəfə baxılıb

Tramp CNN və “New York Times”a "yalançı" dedi


CNN və “New York Times” ABŞ-nin İranın nüvə obyektlərinə hücumunun Tehranın nüvə silahı istehsal etmək qabiliyyətinə tam mane olmadığını iddia edib.

“star” qəzeti xəbər verir ki, sözügedən iddialar ABŞ Prezidenti Donald Trampı qəzəbləndirib. O, CNN və “New York Times”ı yalançılıqda ittiham edib. Bu barədə Tramp “Truth Social” hesabında yazıb:

“Saxta xəbər kanalı CNN, uğursuz New York Times ilə birlikdə tarixin ən uğurlu hərbi hücumlarından birini təsirsiz göstərmək üçün birləşib. İrandakı nüvə obyektinin tamamilə dağıdılıb. Həm NY Times, həm də CNN ictimaiyyət tərəfindən sərt şəkildə tənqid olunur”,-  deyə ABŞ lideri qeyd edib.

Qeyd edək ki, ABŞ-nin B-2 bombardmançı təyyarələri və sualtı qayıqlarının İranın üç nüvə obyektinə zərbələr edib. Hücumlardan sonra Tramp müxtəlif platformalarda Tehranın nüvə potensialının tamamilə məhv edildiyini açıqlayıb.

Ölkədəki bəzi KİV-lər isə bunun doğru olmadığını, sadəcə İranın nüvə işini bir neçə ay geri saldığını yazıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO