sonnoqte.az
Xəbər başlıqları
  • 11:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 10:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 
  • 10:02 – Prezident: Azərbaycan və Rusiya münasibətləri normallaşdırıb və müsbət dinamikaya malikdir 
  • 09:44 – Prezident: "Avropaya qaz təchizatının həcminin artırılması ilə bağlı danışıqlar gedir" 

Vəhdət Partiyasının rəhbərliyi və nümayəndələri Zəfər Parkında şəhidlərimizin xatirəsin yad edib -Fotolar

27-09-2025, 19:37 33 dəfə baxılıb

Vəhdət Partiyasının rəhbərliyi və nümayəndələri Zəfər Parkında şəhidlərimizin xatirəsin yad edib -Fotolar


27 Sentyabr - Anım Günündə Vəhdət Partiyasının rəhbərliyi və üzvləri Vətən müharibəsində əldə edilmiş şanlı qələbənin, Zəfər tariximizin əbədiləşdirilməsi və şəhidlərimizin əziz xatirəsinə ehtiramın növbəti ifadəsi olan Zəfər Parkında olublar.

Vəhdət Partiyasının Sədri Adəm İsmayıl Bakuvi Zəfər Parkını ziyarət zamanı bildirib ki, xalqımızın şərəf və qürur zirvəsi olan igid şəhidlərimizin əziz xatirəsi yaddaşlarımızda əbədi yaşayacaqdır:

“Onların qəhrəmanlığı heç zaman unudulmayacaq, hər qarış torpağımızda, hər nəfəsimizdə, hər qələbə sevincimizdə daim var olacaqlar.

Şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyir, onların qanı bahasına bərpa edilmiş ərazi bütövlüyümüzü daim qorumalı olduğumuzu bir daha dərk edirik.

Ruhunuz şad olsun, əziz şəhidlər! Şəhidlər ölməz, Vətən bölünməz!”

Sonra Vəhdət Partiyasının rəhbərliyi və üzvləri Zəfər Parkındakı xatirə daşının önünə gül dəstələri düzüb, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanlarımızı dərin hörmətlə yad ediblər.

Qeyd edək ki, 2020-ci ilin 27 sentyabr tarixində başlayan Vətən müharibəsi ilə 44 gün ərzində Azərbaycan əraziləri işğaldan azad olunub.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO