sonnoqte.az
Xəbər başlıqları
  • 11:54 – Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər 
  • 21:33 – Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR 
  • 21:25 – Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ 
  • 14:30 – Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub 

Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiq olmaq

14-12-2022, 11:26 204 dəfə baxılıb




Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi AMK tərkibində İncəsənət Gimnaziyasının direktoru Aytən xanım Əhmədovanın keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, AMK tərkibində İncəsənət Gimnaziyasının direktoru Aytən xanım Əhmədovadır.

AMK tərkibində İncəsənət Gimnaziyasının direktoru Aytən xanım Əhmədova qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Aytən xanım Əhmədova səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, AMK tərkibində İncəsənət Gimnaziyasının direktoru Aytən xanım Əhmədovaya biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

İncəsənət Gimnaziyasının 2C sinif şagirdləri Heydər Əliyevin məzarını ziyarət ediblər



Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından bu gün 19 il keçir. Ümummilli Liderin xatirəsi Azərbaycanda, eyni zamanda, xarici ölkələrdə ehtiramla yad edilir.

Bu gün Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasının 2C sinif şagirdləri Heydər Əliyevin məzarını ziyarət ediblər.

Müəllimlər tərəfindən şagirdlərə Heydər Əliyev haqqında geniş məlumat verilib. Şagirdlər isə öz növbələrində Heydər Əliyev haqqında hazırladıqları şeirləri söylədilər.
2C sinifinin  rəhbəri Nərmin Teymurova açıqlamasında Heydər Əliyev irsinin böyüyən nəsillərin tərbiyə nümunəsi olduğunu vurğuladı:
“Ulu öndər Heydər Əliyevin ideyalarını əqi­dəyə çe­virmək, bu əqidəni yetişən nəslin ruhuna hop­durmaq, onları əsl vətəndaş kimi yetişdirmək, ölkənin, xalqın məna­­­­fe­­­yi uğrun­da fədakar mübarizlər kimi formalaşdırmaq, müstəqillik qazanmış suve­ren ölkənin tələblərinə cavab verən bir səviyyəyə qaldırmaq qarşımızda duran mü­hüm bir vəzifədir. Belə bir vəzifənin uğurlu həlli üçün bütün tərbiyə işinin qoyu­lu­şuna, onun daxili məzmun istiqamətinə nüfuz etmək, şagirdlərin  idrakına və qəlbinə Heydər Əliyev  ideya­ları ilə təsir göstərmək mütləqdir”.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO