sonnoqte.az
Xəbər başlıqları
  • 12:56 – Şəmkirdə yolların əsaslı təmirinə iki milyon manat ayrılıb - SƏRƏNCAM 
  • 12:44 – İlham Əliyev Donald Trampa təşəkkür edib 
  • 08:49 – Tramp Prezident İlham Əliyevin çıxışını paylaşıb 
  • 08:43 – İlham Əliyev Milli Mətbuat Günü münasibətilə paylaşım edib 

Kursk döyüşündən Paşinyana çatan PAY... - İrəvana fürsət yaranıb...

16-08-2024, 15:30 64 dəfə baxılıb



Bizim ən böyük istəyimiz Rusiyanın Qarabağdakı hərbi kontingentinin Azərbaycan ərazisini tərk etməsi idi. Bu vaxtından əvvəl baş verdi, çünki Rusiyaya Ukraynaya qarşı müharibədə hər hərbçiyə və zirehli texnikaya ehtiyacı var idi. Məncə, Ermənistanın baş naziri Nikol Paşinyanın və onun hökumət üzvlərinin də oxşar arzusu var: Rusiya Gümrüdəki hərbi bazasını qapadaraq hərbçilərini Kursk ətrafındakı döyüşlərə göndərsin. Müxtəlif mənbələrə görə, Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasında 5 minə yaxın hərbçisi, onlarla ağır zirehli texnikası var. Kreml Ukraynanın şərq cəbhəsində silahlı birliklərini Kursk istiqamətinə göndərməyə risq etmir. Çünki bu halda Ukraynaya öz ərazisini azad etmək üçün əks-həmlə imkanı yaranacaq. Kremlə Kursk istiqamətində əlavə qüvvələr lazımdır. Putin Gümrüdəki hərbi bazanı qapadıb hərbçilərini Rusiyanın ərazi bütövlüyünün təmininə cəlb etməklə Paşinyanın Qərblə hərbi yaxınlaşmasını sürətləndirmiş olar. Məncə, Kreml sahibi üçün bu gün ən ümdə vəzifə Cənubi Qafqazdakı son hərbi bazasını saxlamaqla, burada tənbəllik basan hərbçilərini istirahətini davamına şərait yaratmaq deyil imicinə dəydiyi zərbədən qurtulmaq və ərazi bütövlüyünü təmin etməkdir. Bu gün Kreml üçün Rusiyanın ərazi bütövlüyünü təmin etmək, Ermənistanda hərbi varlığını davam etdirməkdən daha vacibdir.

Elxan Şahinoğlu






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO