sonnoqte.az
Xəbər başlıqları
  • 13:33 – Prezident 2 qanunu təsdiqlədi 
  • 10:16 – İlham Əliyev Litva Prezidentini təbrik edib 
  • 09:06 – Vens Bakıda Arayikgildən danışıb - “Mövqeyimizi ifadə etdim, vəssalam” 
  • 08:16 – İlham Əliyev: Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir 

“Tərtər işi”ndə bəraət alan daha 2 hərbçiyə təzminat veriləcək

2-06-2023, 11:48 159 dəfə baxılıb

“Tərtər işi”ndə bəraət alan daha 2 hərbçiyə təzminat veriləcək


“Tərtər işi” üzrə bəraət almış daha iki hərbçiyə təzminat ödəniləcək.

“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, bu barədə Nəsimi Rayon Məhkəməsi qərar qəbul edib.

Məhkəmə bəraət alan Nasif Əliyev və Nicat Rzayevin iddialarını qismən təmin edib.

Qərara əsasən, Nicat Rzayevə mənəvi ziyana görə 66 min manat, maddi ziyana görə 58 min 849 manat təzminat kəsilib.

Nasif Əliyev yalnız maddi ziyanla bağlı iddia qaldırıb. Ona 70 min manat təzminat ödənilməsi qərara alınıb.

İddiaçılar dəymiş ziyana görə daha yüksək məbləğdə təzminat tələb etsə də, cavabdeh qismində tanınmış Maliyyə Nazirliyi tələbləri qəbul etmir. Etiraz belə əsaslandırılır ki, Maliyyə Nazirliyinin hərəkətləri nəticəsində iddiaçılar zərər çəkməyib. Bundan əvvəl üç bəraət almış hərbçiyə təzminat kəsilib, Maliyyə Nazirliyi həmin qərarlardan apellyasiya şikayəti verib.

Qeyd edək ki, leytenant Nasif Əliyev və gizir Nicat Rzayev 2017-ci ildə “Tərtər işi” ilə bağlı həbs olunublar. Dövlətə xəyanət və digər oxşar maddələrlə ittiham edilən hərbçilər 17 ildən 20 ilə kimi azadlıqdan məhrum ediliblər. Ötən ilin sonunda hər ikisi bəraət alıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO