sonnoqte.az
Xəbər başlıqları
  • 22:02 – Prezident: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir 
  • 21:01 – 32 il əvvəl Ulu Öndərlə çəkilən şəkil Prezidentə göstərildi - Foto 
  • 20:57 – İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 
  • 10:18 – İlham Əliyev Laçında - FOTOLAR 

Nazir icra başçısının oğluna yüksək vəzifə verdi - FOTO

19-07-2023, 11:33 133 dəfə baxılıb

Nazir icra başçısının oğluna yüksək vəzifə verdi - FOTO


Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğlu Seymur Qaraşova yüksək vəzifə verib. 

“Qaynarinfo”nun əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik Seymur Qaraşov Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş İdarəsinin rəisi təyin edilib. 


Seymur Qaraşov

Baş İdarənin bundan əvvəlki rəisi, polkovnik Sahib Əliyev vəzifəsindən azad olunaraq, sərəncama götürülüb.  

Qeyd edək ki, bir neçə gün əvvəl Seymur Qaraşov Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini vəzifəsindən azad olunaraq, nazirliyin Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş idarəsinə rəis müavini təyin edilmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO