sonnoqte.az
Xəbər başlıqları
  • 13:27 – İlham Əliyev Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb 
  • 11:54 – İlham Əliyev Gürcüstanın Azərbaycandakı səfirliyində olub, başsağlığı verib 
  • 12:01 – Prezident İlham Əliyev "Abşeron" Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib 
  • 12:00 – Prezident İlham Əliyev Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib VİDEO 

Türkiyə XİN Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumla bağlı bəyanat verdi

27-01-2023, 11:37 176 dəfə baxılıb

Türkiyə XİN Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumla bağlı bəyanat verdi


“Azərbaycanın Tehrandakı səfirliyinə baş verən silahlı hücumu pisləyirik”.

Bu barədə Türkiyə XİN-in bəyanatında deyilir.

Xarici siyasət qurumu səfirliyin həyatını itirən əməkdaşlarına Allahdan rəhmət, yaralananlara isə şəfa diləyib.

“Keçmişdə də analoji hücumlara məruz qalan Türkiyə Azərbaycan xalqının ağrısını dərindən anlayır. Bu alçaq hücumda əli olanların dərhal tapılıb məsuliyyətə cəlb edilməsi və belə hadisələrin təkrarlanmaması üçün bütün zəruri tədbirlərin görülməsi böyük əhəmiyyət kəsb edir.

Qardaş Azərbaycan əsla tək deyil. Azərbaycana dəstəyimiz həmişə olduğu kimi fasiləsiz olaraq davam edəcək”, - deyə bəyanatda vurğulanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO