sonnoqte.az
Xəbər başlıqları
  • 11:41 – Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi - Fotolar 
  • 14:16 – İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib - Tam mətn 
  • 09:11 – İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib 
  • 13:15 – Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı 

Moskvadan qəzəbli Zəngəzur açıqlaması – “Uğursuzluğa məhkumdur”

Bu gün, 13:16 1 dəfə baxılıb

Moskvadan qəzəbli Zəngəzur açıqlaması – “Uğursuzluğa məhkumdur”


Moskva Zəngəzur dəhlizinin reallaşdırılması zamanı Rusiya və İranın maraqlarının nəzərə alınmasını prinsipial əhəmiyyətli məsələ hesab edir.

Musavat.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

Onun sözlərinə görə, əks halda bu nəqliyyat-logistika təşəbbüsü uğursuzluğa məhkumdur.

Zaxarova Zəngəzur dəhlizinin Cənubi Qafqazda yeni ayırıcı xətlər yaratmamalı olduğunu vurğulayıb.

O, Ermənistan-ABŞ təşəbbüsü ilə bağlı hələlik cavablardan daha çox sualların olduğunu bildirib.

Diplomatın sözlərinə görə, indiyədək layihənin hədəf göstəriciləri, tikintinin parametrləri və müddəti, müvafiq infrastrukturdan istifadə şərtləri, eləcə də yükdaşımaların perspektivləri açıqlanmayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO