sonnoqte.az
Xəbər başlıqları
  • 11:41 – Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi - Fotolar 
  • 14:16 – İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib - Tam mətn 
  • 09:11 – İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib 
  • 13:15 – Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı 

Xamenei İranı ayağa qaldırır, savaşa hazırlıq – “Bəsic”ə tapşırıq!

Bu gün, 13:41 1 dəfə baxılıb

Xamenei İranı ayağa qaldırır, savaşa hazırlıq – “Bəsic”ə tapşırıq!


İranın ali dini lideri Ayətullah Müctəba Xamenei “Bəsic” təşkilatının yenidən qurulmasına və fəaliyyətinin genişləndirilməsinə çağırıb.

Musavat.com xəbər verir ki, bu barədə onun “Bəsic” həftəsi münasibətilə yaydığı müraciətdə bildirilib.

“‘Hər bir iranlı bəsicçidir’ şüarının həyata keçirilməsi üçün ardıcıl, qətiyyətli və düşünülmüş addımlar atılmalıdır”, – Xamenei bildirib.

İranın ali lideri təşkilatın İslam İnqilabından indiyədək göstərdiyi fəaliyyəti yüksək qiymətləndirib və qarşıdakı dövr üçün əsas vəzifələri müəyyənləşdirib.

Müctəba Xamenei 17 yaşında “Bəsic” sıralarına qoşularaq İran–İraq müharibəsində iştirak edib. O, İranın hazırkı yüksək rütbəli hərbi rəhbərlərindən bir neçəsi ilə birlikdə Həbib ibn Məzahir adına batalyonda xidmət edib. Onların arasında avqust ayında “Bəsic”in komandanı təyin edilən SEPAH-ın keçmiş kəşfiyyat rəhbəri Hüseyn Taib də var.

İslam İnqilabından sonra yaradılan “Bəsic” əsasən məscidlər ətrafında birləşən dindar gənclərdən ibarət könüllü hərbiləşdirilmiş təşkilatdır. Qurum həmçinin SEPAH-ın kadr ehtiyatı funksiyasını yerinə yetirir və hökumət əleyhinə etirazlar zamanı fəal şəkildə istifadə olunur.

ABŞ-la mümkün uzunmüddətli qarşıdurma fonunda “Bəsic” İran hakimiyyətinin daxili sabitliyi qorumaq üçün bir daha əsas vasitələrdən birinə çevrilir.

Tehranda Vaşinqtonun İranı tədricən zəiflətməyə, ölkə daxilində sabitliyi pozmağa, xaos və vətəndaş qarşıdurması yaratmağa çalışacağını düşünürlər. İran rəhbərliyinin bu ssenariyə qarşı əsas vasitələrindən biri məhz “Bəsic” təşkilatıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO