sonnoqte.az
Xəbər başlıqları
  • 10:23 – “Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır” 
  • 11:59 – DİN kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi - Fotolar 
  • 20:22 – Korrupsiya ilə bağlı məlumat verən şəxs və yaxınlarına təzyiq QADAĞAN EDİLDİ 
  • 20:18 – Azərbaycan Prezidenti Venesuelaya başsağlığı verdi 

Prezident: “Ermənistan ərazi bütövlüyümüzü sual altına qoysa, başqa seçimimiz qalmayacaq”

16-06-2022, 11:07 195 dəfə baxılıb

Prezident: “Ermənistan ərazi bütövlüyümüzü sual altına qoysa, başqa seçimimiz qalmayacaq”


“Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalinin hüquqlarının və təhlükəsizliyinin təmin olunmasını dəstəkləyirik. Azərbaycan Konstitusiyası ilə bütün əhalinin təhlükəsizliyi təmin edilir. Azərbaycan çoxmillətli ölkədir. Erməni əhali isə Azərbaycanda ən böyük etnik azlıq deyil”.

Bunu Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən Qlobal Bakı Forumunun açılış mərasimində deyib. 

İlham Əliyev bildirib ki, Ermənistan hökuməti Qarabağda status məsələsini qeyd edir. 

“Bu, Ermənistanın özü üçün təhlükədir. Çünki “Dağlıq Qarabağ” yoxdur. Dağlıq Qarabağ Muxtar bölgəsi 1991-ci ilin sonunda Azərbaycan parlamentinin qərarı ilə ləğv edilib. Bizim ərazilərimizdə administrativ strukturlar yoxdur. Ona görə də status məsələsinə istinad etmək yalnız yeni konfrontasiyaya doğru addımdır. Ermənistan tarixi yenidən yazmaq cəhdindən çəkinməlidir və bunu başa düşməlidir. Tarix artıq buradadır. Artıq statusdan danışılmır və danışılmayacaq.

Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sual altına qoysa, bizim başqa seçimimiz qalmayacaq. Biz də həmçinin Ermənistanın ərazi bütövlüyünü sual altına qoyacağıq”, - deyən Prezident Azərbaycanın tarixi torpaqlarının, Zəngəzurun Ermənistana verilməsi tarixini xatırladıb. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO