12:01 – Prezident İlham Əliyev "Abşeron" Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib
11:54 – Prezident İlham Əliyev Şamaxıda “Şirvan Aqro” heyvandarlıq kompleksinin açılışında iştirak edib VİDEO
10:41 – Prezident İlham Əliyev Şamaxı rayonuna səfər edib VİDEO
09:00 – Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib
"Haber Global" Anım günü ilə bağlı Şuşadan reportaj yayıb
27-09-2021, 15:32
278 dəfə baxılıb
Azərbaycanın Şuşa şəhərində Anım Günü qeyd edilib. “Haber Global” tədbirdən reportaj yayıb.
Türkiyənin tanınmış jurnalisti Murat Karataş Şuşada keçirilən tədbirlər barədə məlumat verərək bildirib ki, şəhər meydanında quraşdırılan monitordan sakinlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Anım Gününə həsr edilən müraciətini izləyiblər.
Müxbir Gövhər ağa məscidindəki anım mərasimindən də danışıb.
Eyni zamanda, Murat Karataş Türkiyədə və Azərbaycanda Anım günü ilə bağlı sükutun eyni vaxtda keçirildiyini, o cümlədən Şuşada Bayraq meydanında bu mərasimin qeyd edildiyini vurğulayıb: “Şuşanın azad edilməsi Ermənistanı diz çökdürdü. Şuşanın xilas edilməsi Azərbaycana Zəfər gətirdi”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: