14:43 – İlham Əliyev 19-cu "Caspian Agro Week" və 31-ci "InterFood Azerbaijan" sərgiləri ilə tanış olub
19:20 – İlham Əliyev və Meloni mətbuata bəyanatlarla çıxış edirlər
19:16 – Prezident İlham Əliyevin İtaliya Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO
18:34 – İlham Əliyevin Meloni ilə təkbətək görüşü keçirilir - Fotolar
Prezidentin jurnalistlərlə səmimi dialoqu: “Dünyanın diqqətini çəkən hadisə oldu” - VİDEO
3-03-2021, 15:00
332 dəfə baxılıb
Fevralın 26-da Prezident İlham Əliyevin dörd saatdan çox davam edən mətbuat konfransında yerli və xarici media nümayəndələrinin 50-dən artıq sualını geniş şəkildə cavablandırması ölkə və dünya KİV-ində müzakirəyə səbəb olub. Mətbuat konfransında Prezidentə sual verən jurnalistlərdən biri də “Haber Global”ın müxbiri Murat Karataş olub.
M.Karataş bildirib ki, adətən rəsmi toplantılar 40 dəqiqədən çox olmur. Bu da xüsusi vaxtlarda:
“Mətbuat konfransının dörd saatdan çox çəkməsi dünyanın diqqətini çəkən hadisələrdən biri oldu. Mən heç bir dünya liderinin mətbuat konfransının bu qədər vaxt davam etməsini, bir də dörd dildə danışmasını xatırlamıram.
Maraqlısı budur ki, konfransda tanınan mətbuat qurumları ilə yanaşı, bilinməyən, tanınmayan mətbuat orqanları da vardır. Prezident İlham Əliyev onların da suallarını cavabsız qoymadı”.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: