sonnoqte.az
Xəbər başlıqları
  • 07:02 – İlham Əliyev Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib 
  • 13:21 – Prezident İlham Əliyev Bakıda zavod açılışında iştirak edib - FOTO 
  • 10:16 – Azərbaycan Prezidenti Vladimir Putini təbrik edib 
  • 09:49 – İlham Əliyev iclas iştirakçılarına müraciət etdi 

Birinci Qarabağ müharibəsinin şəhidi Ədalət Abbasovla vida mərasimi keçirilir

6-06-2024, 10:16 56 dəfə baxılıb



Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Ədalət Vilayət oğlu Abbasovun meyitinin qalıqları Daşkəsən rayonuna gətirilib.

“Report”un yerli bürosunun məlumatına görə, şəhidin nəşi Daşkəsən rayonu Xoşbulaq kəndində ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Ədalət Vilayət oğlu Abbasov 1970-ci il mayın 25-də Daşkəsən rayonunun Xoşbulaq kəndində anadan olub. O, 1992-ci il noyabrın 15-də Ağdərə rayonunun Çıldıran kəndində itkin düşüb.

Ə.Abbasov Gəncə şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO