13:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu
13:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM
13:28 – Fəxri Kazımov işdən çıxarıldı - YENİ TƏYİNAT - FOTO
Hövsanda mağazanın tavanı uçdu - 37 yaşlı qadın xəsarət aldı - Video
15-08-2026, 09:56
35 dəfə baxılıb
Paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində mağazada uçqun baş verib.
“Bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Əraziyə nazirliyin Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, mağazanın tavanının uçması nəticəsində 1989-cu il təvəllüdlü Gülnar Məhəmməd qızı Miriyevanın müxtəlif dərəcəli bədən xəsarətləri alaraq dağıntı altında qaldığı müəyyən edilib.
Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə dağıntı altında qalan vətəndaşı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: